“İran Ermənistanın təxribatlarına "don geydirməyə" çalışır” - AKTUAL
Yusif Nəzərli
11:43 14.09.2022
Aktual
525
“Yaxşı olar ki, rəsmi Tehran rəsmi İrəvana basqılar, sanksiyalar tətbiq etsin”
"İran hakimiyyəti və onun bir sıra rəsmiləri qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edirlər".
Bu barədə "Sherg.az"a danışan politoloq Sədrəddin Soltan bildirib. Ekspertin sözlərinə görə, bu yaxınlarda İran parlamentarilərindən biri Bəhreynin İran ərazisi olduğunu, hətta onu işğal etmək kimi cəfəng fikirlər söylədilər:
"İran rəsmi nümayəndələrinin Ermənistanın başlatdığı genişmiqyaslı təxribatla bağlı dedikləri də bu qəbildən mənasızdır. Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Həmçinin sərhədlərin dəyişdirilməsi tərəfdarı da deyil. Dövlətimizlə Ermənistan arasında isə indiki şəraitdə sərhədlər konkret müəyyənləşmir. Müxtəlif bəhanələrlə düşmən tərəf prosesləri ləngidir. Qonşu yaxud region ölkəsi kimi İran tərəfi isə indiyə qədər Ermənistana sözügedən istiqamətdə ciddi addım atması üçün heç bir təzyiq göstərməyib.
Yaxşı olar ki, rəsmi Tehran rəsmi İrəvana basqılar, sanksiyalar tətbiq etsin. Azərbaycan isə öz təhlükəsizliyini, suverenliyini qorumaq uğrunda Ermənistan tərəfin təxribatlarının qarşısını alır. İrana ərazisi bütöv, demokratik dəyərləri tərəqqi edən, daim inkişafda olan Azərbaycan sərf etmir.
Çünki cənub qonşumuz yaxınlığında zəif və ondan asılı ola biləcək dövlətlər istəyir. Rəsmi Tehran və Ermənistan arasında hərbi, iqtisadi və digər sahələrdə əməkdaşlıq mövcuddur. İran tərəfi analoji bəyanatlar verməklə rəsmi İrəvanın mövqeyini gücləndirir, düşmənin törətdiyi genişmiqyaslı provokasiyalara "don geyindirməyə" çalışır, onu müdafiə edir.
Hər kəsə gün kimi aydındır ki, sərhədlər dəqiqləşdirilməyənə qədər ərazilərimizə hücum edilməsindən danışmaq əhəmiyyətsizdir. Ermənistan, İran və başqa maraqlı dövlətlər sözügedən məsələnin həll olunmasını istəyirsə, ilk növbədə, rəsmi İrəvanın delimitasiya və demarkasiyası proseslərinin reallaşdırılmasına əngəl törətməsinin qarşısı alınmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə