İran-İsrail gərginliyi: ABŞ-nin fövqaladə vəziyyət otağında nə baş verib?
Yusif Nəzərli
23:05 14.04.2024
Aktual
480
Xəbər verdiyimiz kimi ötən gecə İran İsrailə qarşı cavab hücumu olaraq onlarla kamikadze pilotsuz uçan aparat və raketlər adıb.
Sherg.az bildirir ki, Tehranın “Gerçək Söz” adlandırdığı hücumlar tarixdə bir ilkdir. ABŞ prezidenti Bayden dünən fövqaladə vəziyyət otağında kritik görüş keçirdi. CNN TÜRK-ün Vaşinqton nümayəndəsi Yunus Paksoy gecə baş verən hadisələrin təfərrüatlarını çatdırıb.
Yunus Paksoy canlı yayımında bu açıqlamanı verib: ABŞ müdafiə nazirliyi və hərbi rəsmilərlə görüşdə idik. Dünən gecənin fonunun bütün təfərrüatlarını əldə etdik və mən bu detallara keçirəm. Ötən gecə İsrailə 100-dən çox ballistik raket, 30-dan çox qanadlı raket və 150-dən çox birtərəfli pilotsuz uçuş aparatı göndərilib. ABŞ-ın bölgədəki döyüş təyyarələri İrana məxsus 70-dən çox PUA-nı vurub. Hücum zamanı iki hərbi gəmi İranın 4-6 ballistik raketini məhv edib. Rəsmilər İranın İsrailə ciddi zərər vurmaq niyyətində olduğunu bildirib.
ABŞ hərbi zabiti qeyd edir:"İranlılar bizə əvvəlcədən məlumat vermədilər. İran İsrailə ciddi ziyan vurmaq niyyətində idi. İsraildə demək olar ki, heç bir infrastruktur ziyanı yoxdur. Biz səmada 100-dən çox ballistik raketin olduğunu bilirdik. Rəsmi situasiya otağında gərginliyin artdığı anlar var idi. Bütün ballistik raketlər vurulduqdan sonra otaqda rahatlıq hissi yaranıb. Son 10 gündə baş verən hadisələr göstərdi ki, bəzi fikir ayrılıqları olsa da, ABŞ-ın İsraili müdafiə edəcəyinə şübhə qalmayacaq. “İsrailə hücum edilərsə, biz onları müdafiə edəcəyik. ABŞ İsrailin müdafiəsinə döyüş təyyarələri və gəmiləri ilə kömək etdi".
Yüksək vəzifəli məmur əlavə edir: "İsrail bundan sonra nə edəcəyini diqqətlə düşünməlidir. Biz ABŞ olaraq əks-hücum kimi bir hadisədə iştirak etməyi planlaşdırmırıq", - o deyib. Bu çox aydın mesajdır. Bu, Netanyahunun əks-hücum planlarına mane ola bilər. Hücum davam edərkən İran İsveçrə vasitəsilə mesaj göndərdi və hücumun bitdiyini bildirdi. Xülasə, ABŞ deyir ki, biz bu müdafiənin böyük bir hissəsində iştirak etmişik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə