İranda koronavirus 50 can alıb - İDDİA
10:23 24.02.2020
Aktual
359
İranın Qum şəhərində 50 nəfərin koronovirusdan öldüyü bildirilir. Bu barədə İLNA (İranlı Fəhlələr Xəbər Agentliyi) Qum şəhərinin millət vəkili Əhməd Əmirabadinin açıqlamasına əsasən məlumat yayıb.
Bildirilir ki, deputat şəhərdə son iki həftə ərzində 50 nəfərin koronavirus səbəbi ilə öldüyünü Milli Məclisdə deyib.
O, bunun üçün Səhiyyə Nazirliyini günahlandırıb.
Virusun şəhər ərazisində üç həftə əvvəl yayıldığını bildirən Əmirabadi mövzu ilə əlaqədar açıqlamanın gec yayıldığını vurğulayıb.
“Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxan xəstələri müayinə edən tibb bacılarının xüsusi geyimləri yoxdur. Onlar xəstələrə qorxa-qorxa yaxınlaşırlar. Xəstəliyi aşkarlamaq üçün kifayət qədər vasitə yoxdur. Tibbi maska belə tapılmır”, - deyə o bildirib.
Deputat virusla əlaqədar 250 nəfərin karantinə alındığını deyib.
Xatırladaq ki, İranda koronovirusdan ölənlərin sayının 12-yə, virusa yoluxanların sayının isə 47-yə çatdığı açıqlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm