
İrəvan-Paris hərbi “izdivac”ı: Region üçün yeni risklər yaranır -ŞƏRH
Yusif Sultanoğlu
05:27 19.06.2024
Aktual
634
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb. Danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb. Həmçinin, Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib. Bu, nazirlərin son bir ildə ikinci görüşüdür. Əvvəlki görüş fevralda İrəvanda baş tutub. Qeyd edək ki, digər hərbi-texniki vasitələrlə yanaşı, Fransa Ermənistana "Caesar" özüyeriyən haubitsalarını tədarük edəcək. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, onun ölkəsi Ermənistanla müdafiə sahəsində əlaqələri gücləndirməkdə davam edir. Nazir qeyd edib ki, "Caesar" haubitsalarının Ermənistana tədarükü yeni mühüm mərhələdir.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, sözügedən haubitsalar birbaşa hücum silahlarıdır. Analitik vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makron başda olmaqla bu ölkənin əksər rəsmiləri, o cümlədən də Sebastyan Lekornu indiyə qədər bütün bəyanatlarında bildirirdilər ki, Fransa Ermənistanı yalnız müdafiə silahları ilə təmin etməyə üstünlük verir:
"Ancaq "Caesar" haubitsalarının Ermənistana tədarükü isə bu iddiaların açıq yalan olduğunu göstərir. Fransa rəhbərliyi artıq maskasının düşməsindən ehtiyat etmədən Ermənistanı tam silahlandırma yolunu tutduğunu etiraf edir. Xatırladaq ki, bundan əvvəl Fransa Senatı da hökuməti Ermənistana tez bir zamanda “Sezar” qırıcı təyyarələrinin verilməsi məsələsinə baxmağa çağırmışdı. Fransanın məqsədi Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı ekspansionist planlar üçün istifadə etmək və Cənubi Qafqazda yerləşməkdir. Rəsmi İrəvan isə bunun üçün münbit şərait yaradır. Azərbaycanla sülhün əldə edilməsində maraqlı olduğunu iddia edən Ermənistan Fransa ilə hərbi əməkdaşlığı genişləndirir. Bu, sadəcə təzad deyil. Bu, rəsmi İrəvanın riyakar siyasət yürütdüyünü göstərir. Ermənistan “ikili standart”lardan çıxış etməyi özünün əsas prinsipinə çevirib".

Ekspert bəyan edib ki, özünü sülhpərvər ölkə kimi göstərməyə çalışan Ermənistan eyni zamanda öz ərazisində Fransanın hərbi baza açmasını hədəfləyir:
"Bu məqsədlə Ermənistan Müdafiə Nazirliyi Fransanın İrəvandakı səfirliyi vasitəsilə Fransa hökumətinə guya “təcrübənin ötürülməsi və Fransa tərəfindən təchiz edilmiş silahlara texniki xidmətin təşkili” məqsədilə Ermənistan ərazisində yerləşdirilmək üçün məhdud qoşun kontingentinin hazırlanması barədə rəsmi təkliflə müraciət edib. Lakin əsl həqiqətdə isə burada söhbət Fransa hərbi bazasının yaradılmasından gedir. Bu isə heç şübhəsiz ki, Fransanın da maraqlarına uyğundur. Beləliklə, Makron Fransası ilə Paşinyanın "sülhsevər" Ermənistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi cəhdləri müşahidə olunur. Bu isə region üçün yeni risklər yaradır və yeni reallıqların ortaya çıxmasına doğru aparır. Ermənistan hökumətinin Fransaya müraciət edərək, ölkədə hərbi baza açmağı təklif etməsi ağısızlıqdır. Bu kimi avantürist addımlar sülhə xidmət etmir. Ermənistan rəhbərliyi Fransa ilə birgə militarist planlarını “sülh” ritorikası ilə pərdələyə bilməz. Rəsmi İrəvan bilməlidir ki, bölgədə reallıqları Azərbaycan diktə edir. İrəvan-Paris hərbi “izdivac”ı bölgədəki reallıqları dəyişə bilməz. Ermənistan Cənubi Qafqazın sülh və təhlükəsizlik arxitekturasını birtərəfli qaydada dəyişmək gücünə malik deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur
İran Hörmüz boğazının açılması ilə bağlı şərtlərini ABŞ-a çatdırıb
20:33 11.08.2026
Dünya
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi
20:18 11.08.2026
Hadisə
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub
20:00 11.08.2026
Rəsmi