İsrail ordusu ölən hərbçilərinin sayını yenilədi

İsrail HƏMAS-la toqquşmalarda ölən hərbçilərinin sayını yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun döyüşlərdə ölən hərbçilərinin sayı 514-ə yüksəlib.