İstanbulda kilsəyə hücum edən şəxs tutuldu

İstanbulda “Santa Mariya” kilsəsinə hücumda şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Axar.az xəbər verir ki, adı açıqlanmayan şəxsin İstanbul Terrorizmlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Qeyd edək ki, bu gün "Santa Mariya" kilsəsinə silahlı hücum edilib, bir nəfər öldürülüb.