Jurnalist ailəsi ilə Şuşaya köçmək istəyir - "Ərizə yazdıq, protokol imzaladıq..."
Yusif Nəzərli
13:39 25.05.2023
Aktual
860
“Neçə aydır ki, həm mətbuatda, həm də rəsmi çıxışlarda qeyd olunurdu ki, Şuşada tikilməkdə olan 23 yaşayış binasının birinci hissəsi iyul-avqust, ikincisi isə sentyabr-dekabr aylarında istifadəyə veriləcək. Yenilik olmasa da, əla xəbərdir”.
Bunu “Sherg.az”a jurnalist, yazıçı-publisist Kərim Kərimli bu ilin sonundan Şuşa şəhərinə ilkin olaraq 1500 sakinin köçürülməsinin nəzərdə tutulması haqqda danışarkən deyib.
O, həmçinin özünün də Şuşaya köçmək istəyindən və bunun üçün atdığı addımlardan danışıb:
“Şuşaya köçürülmənin könüllülük prinsipi əsasında olacağı elan edilmişdi. Aidiyyəti qurumlara ərizə ilə müraciət edib, ailəm haqqında məlumat yazıb, sənədləri toplayıb, təqdim etdim. Ailə üzvlərimin ixtisasını, peşəsini də yazdım. Vurğuladım ki, biz ilk köçürülənlərdən olmaq istəyirik. Həmçinin dövlətin verdiyi mənzildə yaşamağa etirazımızın olmadığına dair protokol imzaladıq. Çox arzu edirik ki, Şuşaya birinci köçürülən ailələr sırasında bizim də adımız olsun”.
Qeyd edək ki, bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub. Şuşaya ezam edilmiş müxbirinin verdiyi məlumata görə, Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region