
"Keçmiş Laçın dəhlizində azərbaycanlı sürücülərlə erməni sürücülər üz-üzə gəlir"
Yusif Nəzərli
09:14 04.09.2022
Aktual
737
Aqşin Kərimov: "Rusiya sülhməramlıları insidentlərin olmasından bərk ehtiyatlanır"
"Şuşadan Laçın şəhərinin girişinə qədər olan hissə Rusiya sülhməramlı kontingentinin xidmət etdiyi zonadır" .
Bu barədə "Sherg.az"a açıqlamasında bu yaxınlarda Laçın rayonuna səfər etmiş siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib.

Ekspert bildirib ki, Laçın şəhərindən Ermənistan sərhədinə qədərki bəlli bir hissə isə Azərbaycanın nəzarətindədir:
"Alternativ yol, Laçın yoluna Laçın şəhərinin çıxacağında birləşir. Nəticədə azərbaycanlı sürücülərlə erməni sürücülər, Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı marşrutda adi yol hərəkəti iştirakçısı kimi üz-üzə gəlir. Hələlik heç bir insident qeydə alınmayıb. Ümumiyyətlə ermənilər bizimlə üz-üzə gəlməkdən qorxur, baxışlarında qorxaqlıq və əziklik hiss edilir. Rusiya sülhməramlıları insidentlərin olmasından bərk ehtiyatlanır. Bu, yaxşı haldır. Görünür, Azərbaycan onların qarşısında ciddi məsələ qaldırıb. Laçın şəhərinin, Zabux və Susun Azərbaycanın nəzarətində olması ilə köhnə yolun dəhliz məntiqi dəfn edilib. Çünki Gorusla Xankəndinin birləşdirici arteriyası kəsilib. Azərbaycan dövlətinin qarşısında bir çağırış kimi dayanır ki, alternativ yolun işləmə qrafikini tərtib etsin. Yəni rejim Bakı tərəfindən müəyyən edilsin. Yəqin ki, bu məsələ perspektivdə həllini tapacaq. Azərbaycan ordusu Laçının sərhəd nöqtələrindəki mövqelərindən Ermənistanın sərhəddəki hər bir hərəkətini izləyir. Ən müasir vasitələrlə Ermənistanın addımları nəzarət altında saxlanılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə