
Kəlbəcərdə atəş səsləri...
Yusif Nəzərli
02:20 11.02.2022
Aktual
967
Ermənilərin Qarabağ bölgəsində yaratdığı insidentlər intensiv hal alır
"Düşmən üçtərəfli bəyannamələrin şərtlərinə əməl etmək niyyətində olmadıqlarını hər addımda göstərirlər"
Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi yenidən pozub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən mövqelərimizi atıcı silahlardan atəşə tutub. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Xatırladaq ki, fevralın 6-da Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsi tərəfindən Tərtər rayonunun Qapanlı kəndi atəşə məruz qalmışdı. Mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan olmasa da, evlərə ziyan dəymişdi.

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Şərq”ə deyib ki, Ermənistanın Azərbaycanla sərhəddə, yaxud rus “sülhməramlıları”nın müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsində yaratdığı insidentlər intensiv hal almaqdadır. Analitikin sözlərinə görə, Rusiya və Ermənistan üçtərəfli bəyannamələrin şərtlərinə əməl etmək niyyətində olmadıqlarını hər addımda göstərirlər:
“Rusiya və Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş baş tutsa, razılıqlar əldə edilsə də, İrəvanın qətiyyətsiz mövqeyi ucbatından nəticəsiz qalıb. Bütün razılaşmalar Ermənistan tərəfindən pozulub.
Azərbaycan tərəfi erməni terrorçu diversantlarının böyük hissəsini qaytarmasına baxmayaraq, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirmək niyyətində olduğunu göstərmir. Ermənistan kimə və nəyə güvənərək bu addımları atır? Görünən odur ki, Qarabağ bölgəsində “sülhməramlı” fəaliyyət həyata keçirənlər və Qərbin münaqişədə maraqlı olan dairələri Ermənistan vasitəsi ilə pərdəarxası oyun oynayırlar.
Məhz buna görədir ki, erməni silahlı terrorçuları hələ də Qarabağ bölgəsindən çıxarılmır. Hadisələrin gedişindən belə qənaətə gəlmək olar ki, həm Rusiya, həm də Qərb ölkələri ermənilərin əli ilə müxtəlif formalı manipulyasiyalar etməkdə maraqlıdırlar. Ona görə də Ermənistanın əldə edilən razılaşmalardan boyun qaçırması bundan sonra da ehtimal edilə bilər.
Fikrimcə, bu məsələ indiki halda bizim üçün o dərəcədə əlverişli olmasa da, 5 ilin tamamında əlimizi gücləndirməyə ciddi dəstək ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq