KİV: Qəzzada evlərin 70 faizi dağıdılıb
Yusif Nəzərli
12:09 30.12.2023
Aktual
923
Qəzzada evlərin 70 faizi dağıdılıb və ya ciddi zərər görüb.
Bu barədə "Wall Street Journal"da dərc olunan məqalədə bildirilib.
Qəzzanın peyk çəkilişlərinin təhlilinə və uzaqdan zondlama üsullarına istinad edilən məqalədə qeyd olunub ki, vurulan binalar arasında fabriklər, ibadət evləri, məktəblər, ticarət mərkəzləri və otellər var.
"Dekabrın ortalarına qədər İsrail Qəzza zolağına 29 000 bomba, sursat və mərmi atıb. Qəzzada 439 000 evin təxminən 70%-i və binalarının təxminən yarısı zədələnib və ya tamamilə dağılıb. Partlayış Bizans kilsələrinə və qədim məscidlərə, fabriklərə və yaşayış binalarına, ticarət mərkəzlərinə və lüks otellərə, teatrlara və məktəblərə ziyan vurub. Qəzzadakı su, elektrik, rabitə və səhiyyə infrastrukturunun çoxu təmir edilməyəcək vəziyyətdədir".
Nəşr bildirib ki, Qəzzada məktəblərin üçdə ikisi dağılıb, 36 xəstəxanadan yalnız 8-i xəstə və yaralıları qəbul edəcək durumdadır.
Xatırladaq ki, oktyabrın 7-də HAMAS İsrailn cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib. İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HAMAS həmçinin bu hücumda 240-dan çox israillini girov götürüb.
İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb, Qəzzaya hava zərbələri endirib. Oktyabrın 24-də isə İsrail Qəzzada quru əməliyytalarına başlayıb.
Qəzzadakı Səhiyyə Nazirliyi bildirib ki, oktyabrın 7-dən bəri Qəzzada 21000-dən çox şəxs həlak olub və onların əksəriyyəti qadınlar və uşaqlardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm