Könül Nurullayeva: “Geosiyasi gərginlik fonunda Avropada etibarlı enerji təchizatçısı kimi Azərbaycana maraq artır”
Yusif Nəzərli
13:30 05.02.2022
Aktual
1061
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutur. Fevralın 4-də Bakıda, "Gülüstan" sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında bir daha aydın oldu ki, Azərbaycanın liderliyi ilə reallaşan bütün layihələr uğur qazanıb və hər kəs bu layihələrdən qazanc əldə edir. Budəfəki toplantıda iştirakçıların sayının çoxluğu isə Cənub Qaz Dəhlizinə marağın ilbəil artdığını göstərir. Ümumiyyətlə, Məşvərət Şurasının hər il fevral ayında keçirilən toplantısı həm hesabat xarakteri daşıyır, həm də gələcək addımlar planlaşdırılır və hər il bu platformada müsbət nailiyyətlər əldə olunur. Bu mənada ötən il də istisna təşkil etməyib".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. Xanım parlamentari qeyd edib ki, ötən ilin ən böyük uğuru isə mövcud mürəkkəb iqtisadi şərtlər fonunda Cənub Qaz Dəhlizinin tamamlanmasıdır:
"Bu boru kəməri Gürcüstan, Türkiyə və Avropaya sabit və etibarlı qaz tədarükünü təmin edib. Prezident İlham Əliyevin də söylədiyi kimi, layihənin bütün iştirakçıları həqiqətən də komanda kimi çalışaraq bu uğura nail oldu.
XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi bütün aparıcı beynəlxalq maliyyə institutlarının iştirakı ilə reallaşan azsaylı projelərdəndir. Nüfuzlu enerji və tikinti şirkətlərinin, investorların fəal iştirakı layihənin yüksək səmərəliliklə tamamlanmasını şərtləndirən əsas faktorlardan biridir. Budəfəki toplantıda ötən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirakı onu göstərir ki, yeni bazarlarda da Azərbaycan qazına ehtiyac var.
Beynəlxalq enerji mütəxəssisləri də qeyd edir ki, CDQ vasitəsilə Azərbaycan qazının Avropaya nəqli böyük əhəmiyyət daşıyır. Avropada mövcud qaz böhranı, Qərbi Balkanların enerji çatışmazlığından əziyyət çəkdiyini müşahidə edirik".
Parlament üzvü diqqətə çatdırıb ki, Məşvərət Şurasının toplantısında əsas müzakirə olunan məsələlərdən biri də bərpa olunan enerji mənbələrinə dair perspektivlər oldu:
"Azərbaycan beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı kimi buna da hazırdır. Prezident İlham Əliyevin bəyanatından aydın oldu ki, “yaşıl enerji” strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir. Bu, işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramda öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz da hazırdır. Yəni, Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərin potensialından düzgün istifadə edir.
Bu gün enerji qiymətləri artdıqca, geosiyasi gərginlik fonunda Avropada da şaxələndirilmənin əhəmiyyətini daha yaxşı anlayırlar. Bu mənada Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edən ölkə kimi öz rolunu daha da genişləndirir. Bu səbəbdən avrokomissarlar, eləcədə nüfuzlu ölkələrin rəsmiləri enerji sistemlərinin uzunmüddətli planlarını Bakıda müzakirə edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq