Könül Nurullayeva: “Human Rights Watch”-un hesabatı ermənipərəst ekspertlərin fantaziyası əsasında hazırlanıb
Yusif Nəzərli
13:33 17.01.2022
Aktual
646
"“Human Rights Watch” təşkilatının 2021-ci il üzrə hesabatında iddia edilir ki, guya müharibə zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb. Məsələ burasındadır ki, müharibə başa çatdıqdan sonra Azərbaycanın dəvəti ilə bölgəyə səfər edən təşkilat nümayəndələri Ermənistanın müharibə cinayətlərinin, mülki infrastrukturun dağıdıldığının şahidi olublar".
""Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. Xanım parlamentari qeyd edib ki, hətta bu səfərdən sonra təşkilat tərəfindən “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə də hazırlandı: "Həmin sənəddə də qeyd olundu ki, “noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Ən azı dörd ayrı hadisə zamanı mülki şəxslərin və ya mülki obyektlərin raket hücumuna məruz qaldığı aşkarlanıb”. Həmçinin vurğulanırdı ki, Ermənistanın arsenalında “Toçka” və “İsgəndər” ballistik raketləri, “Smerç” və Çin istehsalı olan “WM-80” yaylım atəşi sistemləri var. Ermənistan ordusu və Dağlıq Qarabağdakı erməni hərbi qüvvələri altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məntəqələrinə dəfələrlə klastr bombları atıblar. Təəssüf doğuran budur ki, həmin hesabatda əks olunan səhih mlumatlar illik hesabata daxil edilməyib.
Məsələ burasındadır ki, müharibə Ermənistan ərazisində baş veməyib. Bu mənada Ermənistanda 71 məktəbin hansı səbəbdən dağılması suallar yaradır. Aydın görünür ki, bu, ya təşkilatın ermənipərəst ekspertlərinin fantaziyasıdır, ya da erməni mənbələrinin şişirdilmiş rəqəmlərdən ibarət məlumatlarından götürülüb.
Digər bir qərəz Azərbaycan ordusunun guya “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyması” ilə bağlıdır. Belə ki, hesabatda ua BMT və AŞPA-nın əsirlərlə bağlı Azərbaycana müraciət etməsinə istinad olunur. Halbuki həm BMT, həm də AŞPA hər iki ölkəni müharibənin fəsadlarını aradan qaldırmağa çağırıb. Ən əsas məsələ isə - Azərbaycan hərbi əsirləri hətta Ermənistandan daha əvvəl geri qaytarıb. Müharibədən sonra saxlanılanlar isə təbii ki, hərbi əsirlər hesab olunmur. Onlar birmənalı şəkildə terroçudurlar. Hətta cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib. Bu mənada HRW-un illik hesabatının heç bir əsası yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm