Koronavirusa yoluxan jurnalist "Şərq"ə danışdı: "Elə öskürürdüm ki..."
Banuçiçək Kalbalıyeva
12:21 26.05.2020
Aktual
1022
İdman jurnalisti, "Supersport.az" saytının baş redaktoru Anar Cəfərsoy və anası koronavirusa yoluxub. O, hazırda Azərbaycan Tibb Universitetinin Tədris- terapevtik klinikasında, anası isə "Neftçilər" xəstəxanasında müalicə olunur. Həmkarımızın vəziyyəti yaxşılaşmağa doğru gedir. O, "Sherg.az"a açıqlamasında tibb işçilərinin qayğısından söz açıb:
"Əvvəlcə bizi köhnə "Semaşko"ya yerləşdirdilər. Hər iki klinikada xəstələrə yüksək diqqət və qayğı var. Bizim üçün hər cür şərait yaradılıb. Tibbi personala çox minnətdaram. Onlar insanların sağlamlığına görə gecələrini gündüzlərinə qatırlar. İlk vaxtlar çox pis idim. Elə öskürürdüm ki, az qala, ağciyərlərim çölə çıxırdı. Şükür, indi yaxşıyam. Bircə anamdan nigaranam".
A. Cəfərsoyun sözlərinə görə, narahat olanlar, maraqlananlar kifayət qədərdir. Jurnalist onların hər birinə minnətdarlığını bildirdi:
"Respublikanın baş infeksionisti Cəlal İsayev şəxsən gəldi, mənəvi dəstəyini bildirdi. Yenicə yaranmış Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev də bizə həm mənəvi, həm maddi dəstək göstərdi. Həmçinin "Qarabağ" futbol klubunun rəhbərliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da bizi unutmadı. "Sabah" Futbol Klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviç də mənə zəng edib, mənəvi və maddi dəstək verməyə hazır olduğunu söylədi. Gələnlərin, zəng edənlərin, mesaj yazanların hər biri sağ olsun. "Şərq" kollektivinə də minnətdaram. İndi hər bir xoş söz dərman əvəzidir".
Tanınmış qələm sahibi insanları diqqətli olmağa çağırdı:
"Statistika göz qabağındadır. Ehtiyatı əldən vermək olmaz. Koronavirus etinasızlığı, zarafatı sevmir. Yaş, cins, vəzifə tanımır. Çox təhlükəli, əziyyətli xəstəlikdir. İnsanlarımız gərək özlərini, əzizlərini qorusunlar, gigiyenik qaydalara əməl etsinlər. Heç kəsə bu xəstəliyə yoluxmağı arzu etmirəm. Tanrı bəşəriyyəti, millətimizi qorusun!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm