Koronavirusun psixologiyamıza təsiri hələ bir az sonra hiss olunacaq: Psixoloqlara tələbat artacaq
Banuçiçək Kalbalıyeva
14:11 30.05.2020
Aktual
1077
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejiminin müddəti uzadılıb. Belə ki, iyunun 16-na kimi hələ qaydalara əməl etməli, o cümlədən sosial məsafə saxlamalı, tibbi maska taxmalıyıq.
Karantin rejiminin hələ nə vaxta kimi uzanması isə sual altındadır. Bəlkə də, növbəti aylarda da bir- birimizdən uzaq gəzəsi, qorxa- qorxa salamlaşası olacağıq. Bəs səhhətimizi qorumaq adı ilə psixologiyamız pozulsa?
BDU- nun Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Müşviq Mustafayev "Sherg.az"a açıqlamasında bildirib ki, əvvəla, hökumətin tövsiyələrinə əməl etməliyik:
"Bu, istisnasız olaraq hər birimiz üçün vacibdir. Karantinin insan sağlamlığına təsiri ilə bağlı aparılmış tədqiqatlar o qədər çox deyil, dünyada, eləcə də ölkəmizdə bununla bağlı bir sıra işlər görülür. Lakin ümumilikdə aydındır ki, sosial təcrid zamanı insanlarda frustrasiya və həyacan səviyyəsi artır. Onlarda xəstəliyə yoluxmaqla bağlı qorxular özünü göstərir. Eyni zamanda zərurətlə istəklərimiz arasında ziddiyyət meydana çıxır. Bu isə bizim yeni şəraitə uyğunlaşmağımıza mane olmaqla yanaşı, həm də stress vəziyyətinin yaranmasına səbəb olur. Bəli, sağlamlığa görə sosial məsafəni qorumaq vacibdir. Ancaq sosial əlaqələrə tələbat getdikcə artır. Bu, insanlarda depressiyaya, həyəcana, panik-ataka səbəb ola bilər".
Psixoloq insanlara məsləhət də verib. Onun fikrincə, bu arzuolunmaz halla psixoloji mübarizə aparmaq lazımdır:
"Koronavirusun psixologiyaya təsiri hələ bir az sonra hiss olunacaq. Ona görə də, hər kəs özünü qorumalıdır. Pozitiv məsələlər haqqında düşünmək, gələcək perspektivləri nəzərə almaq, eyni zamanda höumət tərəfindən verilən dəqiq və aydın informasiyalara inanmaq lazımdır. Gündə yarım saat, qırx dəqiqə idmanla məşğul olmaq da effektlidir. Çünki idman insana ruh yüksəkliyi, müsbət aura verir. Həmçinin sosial tələbatımızı ödəmək məqsədilə əlaqələrimizi yeni şəraitə uyğun qurmalıyıq. Elələri var ki, onlar üçün sosial əlaqə hava, su qədər vacibdir. Bu adamlar ünsiyyətsiz qala bilmirlər. Onlar mütləq ünsiyyətdə olmalıdırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə