Kreml bu dəfə Zaxarovanı qabağa verib
00:19 11.02.2021
Aktual
571
Navalnı ətrafında baş verən müzakirələr Qərblə Rusiya arasında soyuq müharibəyə çevriləcək
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova müxalif Aleksey Navalnı tərəfdarlarının Rusiyaya qarşı sanksiya tətbiqinə çağırışlarını xəyanət adlandırıb.
M.Zaxarova Aleksey Navalnı tərəfdarlarının Avropa İttifaqı və ABŞ rəsmiləri ilə Rusiyaya qarşı sanksiya tətbiqinin mümkünlüyünü müzakirə etmələrini xəyanət kimi xarakterizə edib: “Bu, bayağıdır və ədəbsizlikdir. Bu hər zaman belə olub. O ki qaldı mənəvi-etik qiymətləndirməyə, bu xəyanətdir” - deyə M. Zaxarova Vesti FM-in efirində bildirib.
Yaranmış vəziyyəti "Şərq"ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, rəsmi Moskva Navalnı məsələsinə görə sanksiyalardan çəkindiyi üçün bu dəfə də XİN sözcüsü Zaxarovanı irəli verib: "Rusiyada baş verən etiraz dalğaları Putin hakimiyyətini narahat edir. Bu kontekstdə Rusiyaya qarşı sanksiya tətbiq ediləcəyi gözlənilir.
ABŞ Prezidenti Baydenin də Navalnı məsələsini gündəmə gətirməsi təbii ki, Kremldə ciddi rezonans doğurur.
Bu istiqamətdə görünür ki, onlar XİN-in sözçüsü Mariya Zaxarovanı qabağa veriblər. Zaxarovanın Navalnını xəyanətdə ittiham etməsi Moskvanın siyasəti öz bildiyi kimi formalaşdırmasının nəticəsidir.
Putin də KKB sistemindən çıxan bir generaldır. Onların məktəbində də Rusiyadan olan şəxslərin qərblə əməkdaşlığı vətənə xəyanət kimi qiymətləndirilir. Yaxın tarixə nəzər salsaq bir çox qərbmeyilli müxalifətçilərin vətənə xəyanət adı ilə aradan götürüldüyünü görmüş olarıq. Bu, Kremldə oturuşmuş bir sistemdir. Belə görünür ki, Zaxarovanın da fikirləri eyni kontekstdədir".
Politoloq qeyd etdi ki, Navalnı haqqında gedən müzakirələr Rusiya ilə qərbi soyuq müharibəyə belə gətirib çıxara bilər:
"Təbii ki, bu istiqamətdə Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcək. Eləcə də Navalnı ətrafında gedən müzakirələr Qərblə Rusiya arasında çox ciddi soyuq müharibəyə səbəb olacaq.
Ya Putinin başağrısı Navalnı həbsdən azad olunacaq, ya da o, həbsdə qalmaqla Putin qərbi bazarlığa gətirəcək.
Düşünürəm ki, Navalnının həbsdə saxlanılması Moskvaya baha başa gələcək. Buna baxmayaraq Rusiyada etirazların yeni dalğası formalaşacaq.
Zaxarovanın nə deməsindən asılı olmayaraq artıq RF-da müxalif etirazçı kütləsi formalaşıb.
Moskva hər halda bu dalğanın qarşısını ala bilməyəcək.
İrəlidə Dumaya seçkilər başlayacaq. Bu seçkilərdə siyasi atmosferin daha da qızışacağı, problemlərin artacağı, həmçinin, Rusiyanın şərqindən qərbinə qədər kütləvi etirazların keçiriləcəyi gözlənilir.
Ona görə də hakimiyyət çalışır ki, vəziyyəti indidən öz nəzarətinə alsın, Navalnını cinatəykar və xəyanətkar elan etməklə onu xalqın gözündən daha da salsın".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi