Kremlin şansı yoxdur! “Qərb Rusiyanı yerində oturtmaq istəyir"
Fidan Həmişəyeva
14:08 01.07.2021
Aktual
543
“NATO-nun Qara dənizdəki əməliyyatları, Amerika və Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinin şahidi oluruq”
Gürcüstan və Ukrayna Rusiyanın təsirindən çıxaraq, yaxın zamanda NATO-nun üzvü olacaq”.
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. Alyansın Brüsseldəki mənzil qərargahında baş tutan görüşdə gürcü nazir NATO-ya Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə göstərdiyi dəyişməz dəstəyə görə minnətdarlıq edib.
Görüşdə bölgədə təhlükəsizliklə bağlı vəziyyət və NATO-nun Qara dəniz bölgəsində daha fəal iştirakının əhəmiyyəti müzakirə olunub. C.Burçuladze bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya yolunda maksimal irəliləyiş əldə etmək üçün Alyansla əməkdaşlıq üzrə bütün mexanizmləri istifadə etməkdə davam edir.
Y.Stoltenberq öz növbəsində Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqləyib və Əfqanıstanda sülhməramlı missiyaya verilən töhfəyə görə təşəkkür edib.
Artıq Gürcüstanın Rusiyaya arxa çevirməsinin şahidi oluruq. Maraqlıdır, NATO-nun bölgəyə gəlişi ilə Rusiya radikal yanaşmasından çəkinəcək? Yaxud da Gürcüstan NATO-nun dəstəyi ilə işğalda olan torpaqlarını geri qaytara biləcəkmi?
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Sherg.az”a açıqlamasına görə, Qərb uzun müddət Putinin apardığı yanlış xarici siyasətə çox təminkinli yanaşıb:
“Putin də bundan sui-istifadə edərək, özünün işğalçılıq siyasətini genişləndirib. Beynəlxalq hüquq həm Ukrayna, həm Gürcüstana, həm də Azərbaycana münasibətini kobud sürətdə pozub. Görünən budur ki, Qərb artıq Rusiyanı öz yerində oturtmaq niyyətindədir. Bu baxımdan NATO-nun Qara dənizdəki əməliyyatları, Amerika və Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinin şahidi oluruq. Təbii ki, Rusiya bir qədər sakitləşəcək və tarixi təkanı geri döndərmək şansı yoxdur. Beləliklə, Gürcüstan və Ukrayna Rusiyanın təsirindən çıxaraq, yaxın zamanda NATO-nun üzvü olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm