Masallıda üç nəfəri və özünü güllələyən şəxs Bakıya gətirilir: Burnu amputasiya olunub
13:48 26.02.2020
Aktual
484
Masallı rayonunun Təzəkənd kəndində qətlə törədib, sonra özünü güllələyən Sarvan Ağayev Bakıya göndəriləcək. Masallı Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hadisəni törədən şəxsin vəziyyəti ağırdır.
“Ağayev Sarvan Azayxan oğlu özünü boğazından güllələyib. Hadisə nəticəsində onun alt və üst çənəsi dağılıb, burnu amputasiya olunub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndəriləcək. Hadisə nəticəsində digər xəsarət alan - 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. Onun bud nayihəsindən qəlpəli yaralar var”.
Qeyd edək ki, bu gün günorta saatlarında Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib.
Hadisə nəticəsində M.Nəbiyev və A. Nəbiyeva hadisə yerində ölüb, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm