" Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq" - Hüquqşünas
Turan
13:33 28.05.2020
Aktual
825
"Bu ayın əvvəlində yazmışdım ki, "son günlərdə yol verilən kütləvi məsuliyyətsizliyin acısını virusun inkubasiya dövrü bitəndən sonra daha qabarıq hiss edəcəyik".
"Sherg.az" xəbər verir ki, bunu Əhrar Partiyasının sədri, hüquqşünas Vaqif Hacıbəyli sosial şəbəkədə yazıb.
V.Hacıbəyli bildirib ki, yoluxma halları və müvafiq olaraq ölüm halları artmaqda davam edəcək:
"Ötən günkü məlumata görə, Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb. Deməli bir gündə xəstə sayı 87 nəfər artdı. Bu templə getsək, yaxın həftələrdə vəziyyət daha pis olacaq. Bunun qarşısını almaq üçün ilk növbədə tibbi maska ilə bağlı problemlər həll edilməlidir. İndi yalnız metronun girişində maska taxılmasına nəzarət edildiyini müşahidə edirəm. Həmin sərnişinlərin də əksəriyyəti metroya düşən kimi maskanı çənəsinə salır".
Partiya rəhbəri qeyd edib ki, nəqliyyatda, mağazalarda, 10 nəfərdən artıq şəxsin yığışdığı hər yerdə qoruyucu maska taxmayanlara cərimə tətbiq edilməlidir:
"Bu təklifi ayın əvvəlində də vermişdim. Görürəm heç kəs "pis kişi" olub bu təklifi açıq dəstəkləmək istəmir. Bununla bağlı təcili normativ sənəd qəbul edilməli və polisə müvafiq səlahiyyət verilməlidir. Çox yox, 5 manat kifayətdir. Təsiri olacaq".
V. Hacıbəyli bildirib ki, bütün apteklərdə tibbi maskanın məhdudiyyətsiz satışı təmin edilməlidir:
"İndi çox yerdə bir ələ iki ədəddən artıq maska verilmir. Tibbi maskanın qiyməti əvvəllər bir ədədi 5 qəpik idi. İndi də həmin qiymətə satışı təmin edilsə, bir çoxlarının bəhanəsi də kəsilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə