Məcburi köçkünlərin sosial müdafiəsi hər zaman dövlətin diqqətində olub
Turan
08:01 30.05.2020
Aktual
785
"Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çox önəmli fikirlər səsləndirdi".
Bunu "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, Prezident qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin hər zaman dövlətin diqqətində olduğunu bir daha əyani şəkildə sübut etdi:
"Ölkə başçısı öz çıxışlarında həmişə birmənalı olaraq bildirib ki, işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Lakin torpaqlarımızın azad ediləcəyi günə qədər məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması da dövlətimizin əsas proritetlərindən biri olaraq qalacaq. Məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğv olunması da məhz bu məqsədə xidmət edir. İndiyə qədər dövlət tərəfindən 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə təmin olunub. Dünyada iqtisadi böhranın və pandemiyanın hökm sürdüyü belə çətin məqamda məcburi köçkünlərlə bağlı bütün layihələr Prezidentin diqqət mərkəzindədir. Biz bu layihələrin heç birində nə yubanmalara, nədəki ixtisarlara rast gəlməmişik. Mən özüm də məcburi köçkünəm və Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam. Ölkə başçısının məcburi köçkünlərə qarşı diqqət və qayğıkeşliyini yüksək qiymətləndirirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə