Məhərrəm İncə populist siyasətçidir
Yusif Nəzərli
23:28 19.04.2023
Aktual
478
Sinan Oğanın isə ümumiyyətlə şansı yoxdur
Seçki ikinci tura qalsa belə, mübarizə Ərdoğan və Kılıçdaroğlu arasında gedəcək
Türkiyənin Ali Seçki Qurumu mayın 14-də keçiriləcək parlament və prezident seçkiləri ilə bağlı statistika yayıb. Rəsmi açıqlamaya görə, 64 milyon 113 min 941 seçici qeydə alınıb, onların 3 milyon 416 min 98 nəfəri xaricdədir. Əgər prezident seçkisi ikinci tura qalarsa, o zaman ölkədə 47 min, xaricdə isə 2 min nəfərin də səsvermə hüququ yaranacaq. İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura çıxır. İlkin hesabata əsasən, parlament seçkisinə 24 partiyadan namizəd çıxarılır.
11 partiya mandat uğrunda ayrılıqda mübarizə aparır, 13 partiya isə ittifaqlarda yer alır. Qeyd olunub ki, 600 nəfərlik Türkiyə Böyük Millət Məclisinə düşmək üçün etibarlı səslərin azı 7 faizini qazanmaq şərtdir. İttifaqlarda isə bir partiyanın həmin həddə çatması kifayətdir. Millət vəkilliyinə 152 müstəqil namizəd də iddialıdır. Seçkinin nəticələri, xüsusən ikinci tura qalıb-qalmayacağı ilə bağlı Türkiyə ictimaiyyətində müxtəlif fikirlər səsləndirilir. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop təcrübəsinə əsasən deyib ki, seçkilər ilk turda başa çatacaq. Şentop həmçinin anket rəyləri barədə də danışıb. Spikerin sözlərinə görə, anket rəylərinin nəticəsi obyektiv olmaya bilər:
“Anketlər kifayət qədər çoxdur. Bəzi anket firmalarının adını ilk dəfə eşidirik. Bu, manipulyasiya cəhdlərinə, ictimai rəyi çaşdırmağa hesablanıb. Belə hallara başqa ölkələrdə də rast gəlinir”. O qeyd edib ki, Türkiyəni anket rəylərinə yox, seçkilərin nəticəsinə görə qalib gələn idarə edir:
“Siyasəti ancaq anket rəylərinə görə müəyyənləşdirmək düzgün deyil. Siyasətə yalnız seçkilər, sürpriz kimi yanaşmaq səhvdir. Türkiyənin müstəqilliyi üçün hazırkı sabitlik davam etdirilməlidir. Türkiyə Prezidentimizin liderliyi ilə son 20 ildə çox böyük işlər görüb. Bunların beynəlxalq münasibətlər sistemində nəticələrini görürük”. Xatırladaq ki, dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Sinan Oğan seçkinin ikinci tura qalacağını iddia edib. Məmləkət Partiyasının sədri Məhərrəm İncə isə ilk tur bitməmiş ikinci tur barədə danışmağı düzgün saymasa da, ikinci tura qalmaq arzusunda olduğunu açıqlayıb. İncə deyib ki, əgər ikinci tura qalarsa, Ərdoğana qalib gələ bilər. Həmçinin M.İncə bildirib ki, qətiyyən CHP sədri Kılıçdaroğlu lehinə geri çəkilmək fikri yoxdur.
Politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, Məhərrəm İncə populist siyasətçidir. Analitikin sözlərinə görə, İncə ancaq populizmlə səs yığa biləcəyinin fərqindədir:
"Düşünmürəm ki, digər namizədlərin iddia etdiyi kimi Türkiyədə prezident seçkisi ikinci tura qalacaq. Hətta seçki ikinci tura qalsa belə, mübarizə Ərdoğan və Kılıçdaroğlu arasında gedəcək. Sinan Oğanın isə ümumiyyətlə şansı yoxdur. İncə natiqliyi yaxşı bacarır və həm Ərdoğanın, həm də Kılıçdaroğlunun əleyhinə danışır. Lakin ən yaxşı halda 3-5 faiz səs toplaya bilər. Onun təkbaşına ciddi səs yığacağı inandırıcı deyil. Parlament seçkilərində də "Millət İttifaqı"nın üstünlük əldə edəcəyini zənn etmirəm. Açığı, hazırda Türkiyədə əvvəlki dönəmlərdə olduğu kimi geniş, kütləvi seçki marafonlarını müşahidə etmirik. Xüsusən, "Millət İttifaqı"nın və onun vahid namizədi Kamal Kılıçdaroğlunun ciddi aktivliyi, seçki təbliğatı görünmür, kütləvi mitinqlər yoxdur. Sadəcə, Əkrəm İmamoğlu bir qədər fəallıq etməyə çalışır. O da öz xeyrinə oynayır. Növbəti seçkilər üçün, CHP-nin sədrlik postu üçün özünə xal toplayır. Ərdoğan özü də xüsusi mitinqlər təşkil etməsə belə, açılış mərasimlərində, görüşlərdə seçki təbliğatını aparır. Ümumən, ilk turda Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq