Məhkəmə “Gəncə işi”ndə təqsirləndirilən iki şəxslə bağlı yeni qərar verib
Yusif Nəzərli
10:54 18.01.2022
Aktual
531
“Gəncə işi”ndə təqsirləndirilən Yusif Sadıxov və Müşviq Qurbanova hökm oxunub.
“Report”un əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Y.Sadıxov barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.2.1 (Qəsdən adam öldürməyə cəhd), 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11 (Qəsdən adam öldürmə), 214.2.1 (Terrorçuluq), 214.2.3, 214.2.6, 28, 277, 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə irəli sürülən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilib.
Y.Sadıxov CM-nin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 228.3 və 279.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib.
Hökmdə qeyd edilib ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra vəfat edən Y.Sadıxov təqsirli bilindiyi CM-nin 28, 214.2.1, 28, 214.2.3, 28,214.2.6, 228.3 və 279.1-1-ci maddələri ilə cəza təyin olunmayıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Bundan başqa, hökmə görə M.Qurbanov barəsində CM-nin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 277 və 279.1-1-ci maddələri ilə verilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilib. CM-nin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6 və 28, 277-ci maddələrindən həmin məcəllənin 307.3-cü (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib və o, həmin maddə ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Səfərova ömürlük həbs cəzası verilib.
Y.Sadıqov və M.Qurbanov da bu iş üzrə ittiham olunaraq saxlanılıb.
Xatırladaq ki, Y.Sadıxov 2020-ci ilin noyabrın 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm