“Mən də müxalifətəm və burada oturmuşam”
Yusif Nəzərli
06:34 12.04.2023
Aktual
383
Sabir Rüstəmxanlı həmkarlarının ölkə müxalifətini ümumi tənqid etməsinə narazılığını bildirib
Milli Məclisin dünənki iclasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bəzi həmkarlarının ölkə müxalifətini ümumi tənqid etməsinə narazılıq bildirib. Sabir Rüstəmxanlı deyib ki, müxalifət deyiləndə sərhəd qoyulmalıdır: "Burada bir çox çıxışlarda deyilir ki, "müxalifət elə etdi, "müxalifət belə etdi". Mən də müxalifətəm və burada oturmuşam, başqaları da var. Müharibə dövründə hamımız birlikdə Azərbaycan Prezidentinin apardığı siyasəti müdafiə etdik. Ona görə də bir qrupa görə bütün müxalifəti günahlandırmaq olmaz. 1988-ci ildən Azərbaycanda başlamış Xalq Hərəkatının yerini, mövqeyini kiçiltmək olmaz. Vaxtı ilə Heydər Əliyev yazıçılarla görüşündə demişdi ki, o, Moskvada olarkən 1988-ci ildə Azərbaycanda başlamış xalq hərəkatını izləyirdi. Millətimizin hərəkatı ilə qürur duyduğunu deyirdi. O vaxt bütün sovet respublikalarında bu hərəkat başlamışdı və SSRİ-nin dağılmasında rol oynadı. Sonra təcrübəsiz adamlar gəldi, ölkələr pis vəziyyətə düşdü. Bütün respublikalarda vəziyyət eyniydi. Ona görə də Xalq Hərəkatının üzərindən xətt çəkmək, hamısını düşmən elan etmək olmaz. Hamımız o hərəkatın iştirakçısı olmuşuq. İndiki halda Azərbaycanda milli birliyə böyük ehtiyac var. Cəbhələşməyə yol vermək olmaz".
Sabir Rüstəmxanlı sosial şəbəkələrdə aparılan tarixi müzakirələrə də toxunub: "Tarixi bilən də danışır, bilməyən də. Tarixlə bağlı nə qədər iftiralar atılır. Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə kimi insanlar barədə yanlış məlumatlar yer alır, onları üz-üzə qoymağa çalışırlar. Bunlar ona görə baş verir ki, onların tarixi yazılmayıb. Hərə öz istədiyi kimi yazıb. Sovet bir cür yazıb. Bu məsələlərlə bağlı obyektiv yazılı tarix, dövlətin münasibəti ortaya qoyulmalıdır. Məsələ sosial şəbəkələrin, subyektiv fikirlərin ümidinə qalıb. Hərə öz ağlı səviyyəsində danışır".
Deputat Aydın Mirzəzadə də həmkarı Sabir Rüstəmxanlının “müxalifəti ümumiləşdirmək, hər kəsin üstündən xətt çəkmək olmaz” firkinə münasibət bildirib. Parlament üzvü deyib ki, müxalifət deyəndə hər kəsi eyni tutmaq olmaz: "Müxalifəti eyniləşdirməyi mən də doğru saymıram. Çünki parlament müxalifəti ilə yanaşı, radikal müxalifət də var. Sabir Rüstəmxanlının fikri ilə razıyam. Sabir Rüstəmxanlı da müxalifəti təmsil edir. Amma mən Sabir Rüstəmxanlı və Qüdrət Həsənquliyevlə Əli Kərimlini, Rəsul Quliyevi bir tuta bilmərəm. Bunlar tamam fərqli insanlardır. Normal müxalifət dövlətçiliyi sevir, amma müəyyən məsələlərlə bağlı narazılığını bildirir, iradını söyləyir. Demokratik mühitdə bu, təbiidir. Radikal müxalifət isə görülən bütün işlərin üzərindən xətt çəkir".
Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, xalqın gözü tərəzidir: “Xalq yaxşı bilir ki, kim yaxşı, kim pis müxalifətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə meşə yanğını: evlər boşaldılır
22:11 28.08.2026
Dünya
ABŞ-da “ABŞ Kosmik Akademiyası” yaradılacaq
21:50 28.08.2026
Dünya
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
21:28 28.08.2026
Hadisə
Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi
21:04 28.08.2026
Siyasət
Putin Ərdoğanla görüşəcək
20:35 28.08.2026
Gündəm
Nepalda güclü daşqınlar: ölənlərin sayı 500-ü keçdi
20:11 28.08.2026
Dünya
Sərnişin "Əhmədli" stansiyasında qatar yoluna düşdü
19:55 28.08.2026
Hadisə
Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib
19:49 28.08.2026
Gündəm
Paşinyan Rusiyanın Ermənistandakı “DAYAQLARINI” SÖKÜR - TƏHLİL
19:33 28.08.2026
Gündəm
İstanbulda avtobus divara çırpılıb, 17 nəfər yaralanıb
19:11 28.08.2026
Gündəm
"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ...
19:03 28.08.2026
Futbol
Konfrans Liqasının püşkü atılıb
18:55 28.08.2026
Futbol
Rusiya müharibədən çəkilərsə, Putin hakimiyyətini itirəcək - ŞƏRH
18:47 28.08.2026
Gündəm
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
18:40 28.08.2026
Sosial
Sumqayıtda mənzildə meyit aşkarlandı
18:15 28.08.2026
Hadisə
Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
17:51 28.08.2026
Dünya