İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitində iştirak etmək üçün Qırğızıstana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Təşkilatın yaradılmasının 25 illiyinə həsr olunmuş iki günlük tədbir Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək. Sammitdə 10-a yaxın dövlət başçısının, o cümlədən Çin və Rusiya prezidentlərinin iştirakı gözlənilir.
Səfər çərçivəsində M.Pezeşkian digər ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək, regional məsələləri və əməkdaşlıq perspektivlərini müzakirə edəcək.