Millət vəkili: Ermənistan çalışır ki, müharibəyə hazır olduğunu nümayiş etdirsin
Yusif Nəzərli
04:33 04.04.2025
Aktual
593
Şərti sərhəddə artan erməni təxribatı təsadüfi deyil və müəyyən məqsədlər var
ABŞ-də yaşayan erməni diasporunun fəalları Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün konqresmenlərlə görüşü davam etdirirlər. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, onlar “etnik təmizləmə”yə görə ölkəmizin “məsuliyyətə cəlb edilməsi üçün” bir aylıq kampaniya çərçivəsində konqresmen Tom Kin ilə görüşüblər. Fəallar Qarabağdan könüllü köçən ermənilərin sayını da şişirdərək, artıq 150 minə çatdırıblar və Azərbaycan rəsmilərinə qarşı Maqnitski Aktının tətbiqini xahiş ediblər. Bununla yanaşı, separatçılar İrəvanda yenidən fəallaşıblar. Martın sonlarından başlayaraq Ermənistan paytaxtının mərkəzindəki “Azadlıq” meydanında aksiya keçirirlər. Aksiyaçılar Nikol Paşinyan hökumətindən tələb edirlər ki, onları Qarabağa qaytarsın. Ermənistanın şərti sərhədlərdə törətdiyi təxribatlar da intensivləşib.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a bildirib ki, şərti sərhəddə artan erməni təxribatı təsadüfi deyil və müəyyən məqsədlər var. Deputatın sözlərinə görə, erməni tərəfi çalışır ki, müharibəyə hazır olduğunu nümayiş etdirsin və Ermənistanı beş il müddətində silahlandırsın:
"Fransa-Hindistan tandemi də hesab edir ki, artıq Ermənistanın gücünü nümayiş etdirmək vaxtı gəlib çatıb. Sözdə nə qədər sülhdən danışsa da, bu təxribatlar göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Təbii ki, Ermənistan müharibə istəyirsə, Azərbaycan ona layiqli cavab verməyə tam hazırdır. Ermənistan özünü vassal kimi elə asılı vəziyyətə salıb ki, bir bataqlıqdan çıxmamış ikinci bataqlığa sürüklənir. Dünənə qədər Ermənistan başqa ölkənin təhriki ilə Azərbaycana qarşı yüz illik müharibə aparırdısa, bu gün də fərqli bir mərkəzin təhriki ilə yeni müharibəyə hazırlaşır. Yüz illik təhrikin sonu nə oldusa, yeni vassalların təhriki də eyni sonluğu Ermənistana gətirəcək. Yeni müharibəyə başlasa, 9 min kv.km.lik real Ermənistana çevriləcək".
Parlamentari ABŞ-də erməni diasporunun aktivləşməsi məsələsinə də toxunub:
"2026-cı ildə Ermənistanda seçkilər keçiriləcək. Seçkilərdə radikalları bəri başdan dəstəkləmək lazımdır ki, Paşinyanın hakimiyyət müddəti uzanmasın və müharibə partiyası hakimiyyətə gəlsin. Ancaq bu fəallaşmada Paşinyanın da maraqlı olması mümkündür. Nəticə etibarilə, İrəvan hökuməti çalışır ki, seçkiyə qədər Azərbaycan üzərində müəyyən təzyiq formalaşdırsın və sülh üçün özünə uyğun şərait yaratsın. Ona görə də düşünürəm ki, zahirən erməni diasporası ilə Paşinyan konfliktli görünsələr də, erməni xisləti dərin qatlarda onlar arasında əməkdaşlığı tələb edir. Ermənilər vahid maraq uğrunda birləşməyi yaxşı bacarırlar. Bütün hallarda mənə elə gəlir ki, radikal proseslərin nəticəsi Ermənistana yaxşı heç nə vəd etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya