
Millət vəkili: "İtaliya Azərbaycanın regionda oynadığı rolu düzgün qiymətləndirir"
10:03 04.09.2022
Aktual
514
"Yaxın zamanlarda biz Azərbaycan-Çin əlaqələrinin daha da genişlənməsi yönündə də müəyyən addımların atıldığını görəcəyik"
"Azərbaycanın xarici siyasətində ən mühüm cəhətlərdən biri böyük dövlətlərin beynəlxalq normaların əleyhinə yönələn kiçikliklərini neytrallaşdırmağı, onlardan gələn tədid və təhlükəni dəf etməyi bacarmasıdır".
"Sherg.az"ın xəbərinə görə, bu sözləri millət vəkili Sahib Alıyev deyib.

Deputat bildirib ki, bu, təkcə simmetrik yox, həm də asimmetrik, bəlkə də daha çox asimmetrik yolla reallaşdırılır:
"Mən Brüsseldə Paşinyanla növbəti danışıqlardan dərhal sonra cənab Prezidentin İtaliyaya işgüzar səfərini həm də bu yöndə atılmış addımlardan biri kimi qiymətləndirirəm. Heç kimə sirr deyil ki, Fransa ikinci Qarabağ savaşının nəticələrini öz maraqlarına cavab verməyən reallıq kimi qiymətləndirir. Azərbaycanla Ermənistan arasında tezliklə beynəlxaq normalara cavab verən sülh anlaşmasının bağlanmasının əleyhinədir. Rəsmi Paris eyni zamanda çalışır ki, Avropa Birliyi də bu məsələdə onun mövqeyini dəstəkləsin. Cənab İlham Əliyevin İtaliyaya səfəri isə göstərdi ki, Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik missiyasından belə qıcıqlanan Makron Fransası üçün bu elə də asan olmayacaq. Avropada hay lobbisinin yox, məhz öz maraqlarından çıxış etməyə üstünlük verən dövlətlər də var və onlardan biri də İtaliyadır. İtaliya Azərbaycanın həm özlərinin enerji təhlükəsizliyi üçün, həm də bütövlükdə regionda oynadığı rolu düzgün qiymətləndirir. Xatırladaq ki, sözü gedən ölkədə sentyabrın 25-də növbədənkənar seçki gözlənilir və ona görə də Mario Draqinin kabineti hazırda müvəqqəti sayılır. İtaliyada formalaşmış ənənəyə görə isə müvəqqəti hökumətin fəaliyyəti dönəmində daxili və xarici siyasətdə hansısa mühüm addımlar atılmır. Digər dövlətlərin liderləri ilə yüksək səviyyəli görüşlər keçirilmir. Amma dövlət başçımızın İtaliyaya səfəri zamanı bu ənənə pozuldu və cənab İlham Əliyevlə həm Prezident Sercio Mattarella, həm də Nazirlər Şurasının sədri Mario Draqi arasında hər iki ölkənin maraqları baxımından mühüm danışıqlar oldu ki, bu da orada Azərbaycana verilən önəmin bir göstəricisidir".
Parlament üzvünün fikrincə, yaxın zamanlarda biz Azərbaycan-Çin əlaqələrinin daha da genişlənməsi yönündə də müəyyən addımların atıldığını görəcəyik:
"Filip Rikerin "həmsədr" təyin edilməsi və Qarabağdakı separatçı ünsürlərdən biri-David Babayanın ABŞ-a səfərinin bu regionda rəsmi Vaşinqtona hansı dividentlər gətirəcəyinə isə baxacağıq. Amma bir şey gün kimi aydındır ki, Bayden administrasiyasının Qarabağdakı haylara və bütövlükdə Qafqazda baş verənlərə yanaşmada Makron Fransası sayaq davranması regionun inteqrasiyasına maneçilik törətməklə yanaşı, guya maraqlarını güddüklərinə yaxşı heç nə vəd etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya