Minsk qrupu artıq tarixdir, Ermənistan da bunu anlayır -Politoloq
Yusif Nəzərli
00:30 23.03.2025
Aktual
508
Elşad Həsənov: “Ermənistan real konstitusiyaya məcburdur”
“Son zamanlar Azərbaycan və Ermənistan münasibətlərində sülh sazişinin mətninin razılaşdırılması haqqında məlumatlar gedir. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya, Fransa, İran və bir neçə ölkə prezidentlərinə zəng edərək Azərbaycanla sülh sazişinin mətninin razılaşdırılması ilə bağlı onlara muştuluq xəbəri verdi. Lakin Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan torpaq iddiası hələ də qalmaqdadır. Eyni zamanda Ermənistan ATƏT-in Minsk qrupunun ləğviylə bağlı da Azərbaycanla birlikdə ərizə yazmalıdır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Politoloq Elşad Həsənov bildirib.
O söyləyib ki, Paşinyan ATƏT-in Minsk qrupunun ləğviylə bağlı müzakirələrə başladığını qeyd edib:
“ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan arasında münaqişəni nizamlamaq üçün yaradılmışdı. Amma ATƏT-in Minsk qrupu 28 il ərzində qastrol səfərlər həyata keçirərək Azərbaycan və Ermənistanda yeyib-içməkdən başqa bir şey etmədilər. Beləliklə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd məlum qərarı yerinə yetirilmədi. ATƏT-in Minsk qrupu isə bir kəndi belə işğaldan azad etmədi. Lakin Azərbaycan Ordusunun öz gücü hesabına Birləşmiş Millətlər Təşkilatının TŞ-nın dörd məlum qərarı həll olundu və torpaqlarımızın işğalına son qoyuldu. Həmin dövrdən bəri ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər arasında münaqişə yarandı və onların bir yerə gəlməyi mümkün olmadı.
Azərbaycanla Ermənistan arasıda hər şey bitib. Azərbaycan öz torpaqlarını azad və suverenliyini bərpa edib. Hər iki biri-birinin ərazi bütövlüyünü tanıyır. Belə olan halda ATƏT-in Minsk qrupunun işinə də ehtiyac qalmayıb. Hesab edirəm ki, Nikol Paşinyan da Minsk qrupunun lazımsız olduğunu anlayıb və yaxın vaxtlarda Ermənistan bununla bağlı müraciət edəcək”.
Ekspert qeyd edib ki, Ermənistan konstitusiyasında Azərbaycan əleyhinə olan torpaq iddiasına gəldikdə isə əvvəlcə referendum keçirilməlidir:
“Ermənistanda yeni konstitusiya üzərində iş aparırlar. Bu isə Azərbaycanın və günün tələbədir. Ermənistan rəhbərliyi başa düşür ki, utopik deyil də real konstitusiya lazımdır. Ona görə də bu məsələnin də öz qaydasında gedəcəyinə inanıram. Lakin sülh sazişinin imzalanması hələlik çox tezdir. Sərhəd bölgəsində Ermənistanın atəşkəsi pozmasını isə təkzib edirlər. Guya Azərbaycan Müdafiə Nazirliyinin atəşkəslə bağlı verdiyi məlumatlar öz təsdiqini tapmır və bununla bağlı sübut istəyirlər. Bütün bunlar göstərir ki, Ermənistan hələ sabitlikdən yana deyil. Çünki Ermənistan daxilində vahid rəhbərlik yoxdur və orduda müxtəlif qüvvələr mövcuddur. Düşünürəm ki, Paşinyan təxribatların baş verməsinə imkan verməyəcək. Əgər təxribatlar baş verərsə, Azərbaycan İrəvan da daxil olmaqla bütün tarixi torpaqlarını azad edəcək və Ermənistan isə Sovet dönəmində olan ərazisində qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya