“Minsk qrupu həll olunmuş məsələnin nəyini həll edəcək?!”
Fidan Həmişəyeva
14:30 01.09.2021
Aktual
434
Sabah Qarabağdakı qondarma rejimin yaranmasından 30 il ötür. Bu hərbi cinayətkar sistem 1991-ci il sentyabrın 2-də elan edilib. Cənubi Qafqazda dənizə çıxışı olmayan məlum rejim Ermənistan, Rusiya və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulub. Qondarma sistem BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmır. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən, qondarma rejimin çox hissəsinə Azərbaycan Respublikası suveren nəzarəti bərpa edib, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri müvəqqəti nəzarət edir. Bununla yanaşı, bəzi mənbələr hərbi xunta rejiminin sabah «müstəqilliklərinin» 30 illiyini keçirəcəyini yazırlar. Sübhəsiz ki, Azərbaycan bu məsələyə adekvat reaksiyasını verib. Separatçıları Azərbaycan torpaqlarında növbəti təxribat cəhdindən çəkindirən açıqlamalar verib. Lakin bədnamların bu ultimatumlara əməl edib-etməyəcəyi məlum deyil. Bizə, eyni zamanda hərbi cinayətkarlara məlum olan bir məsələ var. Azərbaycan «Dəmir yumruğunu» hər an havaya qaldıra bilər. «Dəmir yumruğun » havaya qalxması isə işğalçı ölkənin ən qorxulu kabusudur.
Maraqlıdır, separatçı tərəf acı sonunu bilə-bilə təxribata əl atacaqmı və hərbi xunta rejimi buna gedərsə, aqibətləri necə olacaq?
Suallarımızı cavablandıran Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov «Sherg.az»a bildirib ki, 44 günlük müharibədə ermənilərin 30 il müddətindəki bütün xülyaları paramparça oldu:
« Ermənistanın daxilindəki qüvvələr, o cümlədən xaricdəki erməni diasporu hələ də revanşist ideyalarla yaşayır. Ermənilər hansısa formada gərginliyin artmasını arzulayırlar. Həmçinin istəyirlər ki, Azərbaycan tərəfinin yaratdığı reallığı dəyişdirsinlər. Ona görə də bir neçə istiqamətdə fəaliyyətə keçiblər. Əsas istiqamət provokasiyalardır. Məhz təxribatlar həyata keçirirlər ki, guya Qarabağ məsələsinin bitmədiyini dünya ictimaiyyətinə təqdim etsinlər. Ancaq münaqişə bitib, artıq cinayətkar rejimi yoxdur. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, dəvətimizlə sülhməramlılar bölgədədirlər.
Ermənilər zaman-zaman sərhədlərdə təxribatlara əl atır, bəyanatlar verir, xarici ölkələrdəki əlaltılarını işə salırlar ki, onlar da müxtəlif çıxışlar etsinlər. Onların fəaliyyəti öz missiyasını yerinə yetirməyə-yetirməyə ölmüş Minsk qrupunu dirçəltmək cəhdidir. Minsk qrupu həll olunmuş məsələnin nəyini həll edəcək?”.
S.Seyidov 2 sentyabrda erməni qüvvələrinin hansısa təxribat törətməyəcəklərinə inanmadığını vurğulayıb:
“Ancaq bir məsələni də xüsusi qeyd etmək istəyirəm: Hansı provokasiyaya əl atacaqlarsa, özlərinə problem yaradacaqlar. Ermənilərin provokativ davranışı onların üzsüzlüyündən irəli gəlir. Azərbaycan dövləti olaraq hər bir məsələyə ciddi reaksiya veririk, bundan sonra da verəcəyik. Oturub fikirləşsinlər, təxribata əl atmaq istəyirlərsə, layiqli cavablarını da alacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm