Misir mediası: Azərbaycan dayanıqlı sülhə nail olmağın şərtlərini açıqlayıb
01:54 11.09.2022
Aktual
346
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya və İran rəsmiləri ilə üçtərəfli görüş zamanı bəyan edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olunmasının şərtləri dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq miqyasda təsdiq edilmiş sərhədlərinin tanımasıdır. O əlavə edib ki, rəsmi Bakı bu şərtlərlə Yerevanla əlaqələrin normallaşmasında maraqlıdır və sülh müqaviləsi ətrafında danışıqlara hazırdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan rəsmisinin bu fikirləri Misirin “Dar Əl Hilal” və “Əl Əhram” qəzetərində dərc olunmuş məqalələrdə yer alıb. Yazılarda diqqətə çatdırılıb ki, Azərbaycanın Baş nazirinin müavini Ermənistan üçün əlaqələrin normallaşmasından başqa alternativin olmadığını vurğulayıb. O qeyd edib ki, “3+3” regional əməkdaşlıq platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) regional sülhə və təhlükəsizliyə töhfə verə bilər. Ş.Mustafayev onu da bildirib ki, bu il avqustun 30-da Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü keçirilib və nəqliyyat dəhlizlərinin açılması regional əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur