Moskvada “KamAZ” tramvayla toqquşdu: İki sərnişin xəsarət aldı

Rusiya paytaxtının şimalında “KamAZ” markalı yük maşını tramvayla toqquşub.

Qəzanın videosunu “Mosqortrans” özünün “Twitter” səhifəsində paylaşıb.

Kadrlardan göründüyü kimi, yük maşınının sürücüsü işıqforun qadağa işarəsinə baxmayaraq yüksək sürətlə tramvaya çırpılır.

Nəticədə tramvay relsdən çıxaraq dirəyə çırpılır. Qəzada iki sərnişin – ata və uşağı xəsarət alıb.