
Natiq Cəfərli: Oktyabrda sərhədlər açılmasa dünyaya yaxşı mesaj olmaz
13:06 24.06.2024
Aktual
763
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, karantin rejiminin müddəti bundan əvvəl 1 iyul saat 06:00-dək uzadılmışdı.
İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, Azərbaycanda karantin rejiminin uzadılması artıq izah edilməz vəziyyətə gəlib çatıb:

“Virus və “COVİD19” dünyada da yoxdur. "COVİD19"-a görə karantin rejiminin uzadılmasına artıq heç kəs inanmır. Bunu çox zaman təhlükəsizlik məsələsi ilə əlaqələndirirlər. Düzdür, ətrafımızda kifayət qədər ciddi təhlükələr, münaqişələr və təhdidlər var. Ancaq Azərbaycan hüquq və mühafizə orqanları güclü olan bir ölkədir. Azərbaycan açıq sərhəd rejimində belə öz təhlükəsizliyini tam təmin edə bilər. Mən şəxsən buna inanıram. Ancaq nəyə görəsə, hökumət bu məsələni təhlükəsizlik ilə əlaqələndirərək karantin rejimi adı altında quru sərhədlərin bağlı olmasını uzadır. Çünki karantin rejiminə aid olan hər bir nüans ləğv olunub, bir quru sərhədlərdən başqa. 2020-2021-ci ildə qoyulan məhdudiyyətlərin heç biri qalmayıb. Ona görə də qərar sırf quru sərhədlərin bağlı olmasına görədir. Bu isə doğru deyil. Ona görə doğru deyil ki, Azərbaycan noyabr ayında möhtəşəm və çox böyük COP29 tədbirinə hazırlaşır. Oktyabr ayında sərhədləri açmasalar dünyaya yaxşı mesaj olmaz. Əgər Azərbaycanda təhlükəsizlik ilə bağlı quru sərhədlər bağlıdırsa, niyə bu qədər böyük tədbirin keçirilməsinə qərar verilir. Ümid edək ki, bu sonuncu uzadılmadır və oktyabr ayının 1 dən sərhədlər açılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm
Putin ölkələrə çağırış etdi
10:27 01.09.2026
Dünya
Ukrayna Leninqradı vurdu
10:13 01.09.2026
Dünya
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla müzakirə aparıb - YENİLƏNDİ
10:11 01.09.2026
Gündəm
Prezidentin ŞƏT+ formatında görüşdə çıxışı gözlənilir
10:08 01.09.2026
Gündəm
Paşinyanla Putinin görüşü sərt keçəcək - Balasanyan
10:06 01.09.2026
Gündəm