Naxçıvana yol maneəsiz olmalıdır -Deputat
Yusif Nəzərli
03:46 06.03.2025
Aktual
611
Paşinyanın dəmiryolu layihəsi isə Azərbaycanın maraqlarına xidmət etmir
İran Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı planlarını neytrallaşdırmaq üçün Ermənistanla strateji razılaşma əldə etmək istəyir. Bu iddia ilə “Eghtesad News” qəzeti çıxış edib. Məlumata görə, İran Ermənistanla ortaq mövqeyi vasitəsilə bir tərəfdən Azərbaycan və Türkiyənin hərəkətlərinə təsir göstərməyi, digər tərəfdən isə Cənubi Qafqaza, o cümlədən İrəvan bazarına çıxış əldə etməyi hədəfləyir. Lakin Donald Trampın ABŞ-də yenidən hakimiyyətə gəlməsi səbəbindən bu planın həyata keçirilməsi çətinləşir. Daha əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bəyan edib ki, İrəvan və Tehran iki ölkə liderləri tərəfindən imzalanacaq hərtərəfli strateji saziş hazırlayır. Səfirin sözlərinə görə, gözlənilən saziş uzunmüddətli olacaq. Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan kommunikasiyaların açılmasından danışdı. Baş nazirin sözlərinə görə, əgər Bakının narahatlığı Naxçıvana gediş-gəliş və Naxçıvandan yüklərin etibarlı daşınmasını təmin etməkdirsə, deməli, bu məsələ öz həllini tapıb. Bircə Azərbaycanın “hə” deməsi qalır: "Ermənistan ərazisində Nüvədi (Nrnadzor)-Kərçivan (Karçevan) dəmir yolunun tikintisi bir qədər vaxt aparacaq. Arazdəyən-Naxçıvan sərhədi hissəsində də qısa dəmir yolu xətti çəkilməlidir, lakin bu, Ermənistan-Ermənistan və Azərbaycan-Türkiyə dəmir yolu əlaqəsi üçün lazımdır və bu işi qısa müddətdə başa çatdırmaq olar". Baş nazir söyləyib ki, Ermənistan öz üzərinə heç bir yazılı və ya şifahi öhdəlik götürməyib, razılaşmayıb: "Hətta eyham vurmayıb ki, öz ərazisində təhlükəsizliyin təmin edilməsi, o cümlədən beynəlxalq və ya Azərbaycanın sərnişin və ya yük daşımaları başqa ölkəyə həvalə oluna və ya verilə bilər. Əksinə, Ermənistan tranzit təhlükəsizliyinə zəmanət vermək öhdəliyini öz üzərinə götürüb, biz bunu etməyə hazırıq". İrəvan hökumətinin rəhbəri vurğulayıb ki, Azərbaycanın ən çox istifadə etdiyi və ya böyütdüyü məsələ regional kommunikasiyadır: "Ermənistanın bütün yolları Azərbaycana açıqdır. Yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik, lakin azərbaycanlı sürücülər və yük maşınları üçün psixoloji çətinliklər yaranarsa, o zaman bu yükdaşımaları Ermənistan yollarından həmişə istifadə edən Türkiyə TIR-ları tərəfindən təşkil oluna bilər".
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a deyib ki, Paşinyanın dəmiryolu layihəsi Azərbaycanın maraqlarına xidmət etmir. Deputat diqqətə çatdırıb ki, Azərbaycan üçün önəmli olan məsələ Zəngəzur dəhlizinin işə düşməsidir:
"Yəni Azərbaycanın qərb ərazisindən maneəsiz olaraq Naxçıvana yol açılsın. Bu, Azərbaycanın bir ərazisindən digər bölgəsinə gediş-gəliş deməkdir. Paşinyanın irəli sürdüyü "birgə yüşdaşımalarla bağlı dəmiryolu" layihəsi tamam başqadır və Zəngəzur dəhlizini manipulyasiya etmək cəhdidir. Paşinyan faktiki olaraq Azərbaycan dəmiryolları vasitəsilə beynəlxalq yükdaşımalara qoşulmaq istədiklərini deyir. Bunlar fərqli məsələlərdir. Bakının tələbi odur ki, tarixi Zəngəzur bölgəsindən Naxçıvana maneəsiz, heç bir yoxlama proseduru olmadan gediş-gəliş təmin olunsun. Onsuz da Azərbaycanla İran arasında nəzarətlə təmin edilən yollarımız var və faəliyyət göstərir. Bizə üçüncü ölkənin nəzarəti olmadan gediş-gəliş imkanı lazımdır. Bu tələbimiz reallaşandan sonra ikinci dəmiryol xətti layihəsi işə düşə bilər ki, ondan da region dövlətləri istifadə etsinlər. Ancaq bu, sonrakı mərhələnin müzakirələridir".
Parlamentari vurğulayıb ki, Nikol Paşinyanın diqqətinə dəfələrlə çatdırılıb ki, onun layihəsi real deyil:
"Zəngəzur dəhlizi işə düşməmiş digər formatlı kommunikasiyaların açılması ilə bağlı müzakirələr yersizdir. Bizim məqsədimiz nəzarət mexanizmi olmadan, sovetlər dövründə də olmuş həmin əlaqəni bərpa etməkdir. Hətta elə format tətbiq etmək olar ki, dəhlizdə heç bir erməninin üzünü görməyək və hansısa təhlükə ilə üzləşməyək. Ermənistan tərəfi bu gün İran vətəndaşı olan azərbaycanlı TIR sürücülərinə belə keçid məntəqələrində təzyiq göstərirlər. Yəni ermənilər özləri də təhlükəsizlik nəzarət mexanizminə hazır deyillər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm
Qaş aldırmaq hansı hallarda günah sayılır?
07:19 24.05.2026
Cəmiyyət