Nazir Gülər: Terror məsələsini yay aylarında problem olmaqdan çıxaracağıq
09:36 11.03.2024
Aktual
485
Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər İraq sərhədinin təhlükəsizliyini təmin edəcək dairənin yayda tamamlanacağını açıqlayıb. Nazir Gülər, “Terrorçuları sərhədlərimizdən ən az 30-40 kilometr uzaqda saxlasaq, həm millətimiz, həm də sərhədlərimiz təhlükəsiz olar” deyə bildirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, naziri Yaşar Gülər Ankarada bir qrup jurnalistin suallarını cavablandırıb.
Terrorla mübarizə ilə bağlı mesaj verən nazir Gülər, yay aylarında İraqın şimalında davam edən Clav seriyası əməliyyatları ilə sərhədin təhlükəsiz hala gətiriləcəyini bildirib:
"Bu yay İraq sərhədimizin təhlükəsizliyini təmin edəcək dairəni tamamlayacağıq və terror məsələsini problem olmaqdan çıxaracağıq".
PKK ilə mübarizədə əməkdaşlıq üçün İraq rəhbərliyi ilə danışıqların davam etdiyini bildirən Gülər, “İki il əvvəl “İraqla ortaq əməliyyat mərkəzi yaradaq” dedik, buna müsbət cavab verdilər, amma etmədik. Bununla bağlı hələlik hər hansı addım atılmayıb” - deyib.
Gülər qeyd edib ki, yaxın vaxtlarda Bağdada yüksək səviyyəli səfərlər zamanı bu məsələ gündəmdə olacaq.
Nazir Gülər “Qandilə qarşı böyük bir əməliyyat olacaqmı?” sualına belə cavab verib:
''Effektiv əməliyyatlarımız nəticəsində 10-15 il əvvəl olduğu kimi Qəndil yoxdur. Buraya sığına bilməyəcəklərini anlayan terrorçular daha cənubdakı Asos bölgəsinə gediblər. Amma biz Asos bölgəsində aşkar etdiyimiz terror ünsürlərini də vururuq. Yer adlarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Terrorçular harda yuva qurub çiçəklənirsə, bilin ki, Mehmetçik lazım olanı edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region