Nazir və müavini vəzifəsindən azad edildilər
Yusif Nəzərli
11:52 20.05.2023
Aktual
453
Naxçıvanın ekologiya və təbii sərvətlər naziri və müavini vəzifəsindən azad ediliblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, Bədəl Həsənovun isə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.
İmzalanan digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim edəcəklər.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə