Nərminin anası:“Qanını 4-cü qrup yazdırmışdıq, Bakıda 2-ci qrup çıxdı” – İlkinin qardaşı "sirr pərdəsi"ni çəkir

 “Nərmin işi” davam edərkən tərəflər bir-birinə qarşı  müxtəlif iddialarla çıxış edirlər. Nərminin atası Şərif Quliyev və cinayətkar qismində həbs olunan İlkin Süleymanovun qardaşı Adil Süleymanov bizimlə öz fikirlərini və əllərində olan faktlarını bölüşmüşdülər.

Bu dəfə Nərminin anası Aynurə İsmayılova “Sherg.az”a danışıb. O, Adil Süleymanovun  ona ünvanladığı suallara cavab verib:
“Qarşı tərəf müxtəlif kanallarda çıxıb mənim barəmdə danışırlar. Evin belədir, eşiyin belədir deyirlər. Mənim nə evim var, nə eşiyim. Mən qızımın ağzında olan dişini bilirəm. Adil getsin öz dərdini çəksin. Bu yük onların üstündədir. Bu cinayəti Adilin qardaşı edib, getsin qardaşından soruşsun. Məndən əl çəksin. Mən xəstə adamam. Nə veriblər ala bilmirlər? Qoysalar, mən öz uşağımın dərdini çəkərəm. Əmisi çıxıb deyir mənim uşağım hamilə olub, bacıları deyir evim-eşiyim belədir, anası deyir öz dişlərini düzəltdirib..  Adilə burdan üzümü tutub deyirəm ki, onsuz da bu yük sizin  üstünüzdədir”.

A.İsmayılova Adil bəyin  Nərminin qan qrupu haqqında olan suallarına münasibət bildirib:

“Uşağı dünyaya gətirən mənəm. Adil mənim uşağımın qan qrupunu hardan bilir ? Mənim  uşağım onların yanındamı olub ? O vaxt uşağın qanını 4-cü qrup yazdırmışdıq. İndi Bakıda yoxlayandan sonra gördük ki, qan qrupu atası ilə eynidir, yəni 2-ci qrupdur. Onlar məhkəmədə  qaynımın qabağını kəsirlər ki, gəlin düşmənimizi axtaraq. Mənim düşmənim özlərdir. Mənim onlardan başqa düşmənim yoxdur ki.. Onu uşağımı yandıranda fikirləşərdilər, artıq gecdir.  Onlarda vicdan yoxdur. Əgər olsaydı, mənim 10 yaşlı uşağımın başına oyun açıb yandırmazdılar. Getsinlər öz dərdlərini çəksinlər. Mənim uşağımın qatilləri onlardır. Mənim əlimdə faktlarım, sübutlarım var. Onlar deyir ana susub. Xeyr, ana susmayıb. Mən bu məhkəmənin sonunu gözləyirəm ki, görüm məhkəmədən sonra onlar başını hansı yastığa qoyacaqlar. Mən dövlətimə inanıram, dövlət qatili tapıb. Mənim uşağımın qatili İlkindir. Millət də hər şeyi görür”.  

Adil Sülemanovun açıqlamasını aşağıdakı linkdən  oxuya bilərsiniz.

https://sherg.az/gundem/189403

Çimnaz Şahlar