
Nəticə belədir:"Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir"
Yusif Nəzərli
10:32 10.05.2023
Aktual
467
"Son vaxtlarda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hülusi Akarın açıqlamalarında Azərbaycanı xüsusi vurğulamaları Kamal Kılıçdaroğluna cavab xarakteri daşıyır".
Bunu"Sherg.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Mövlud Çavuşoğlunun "Türk yolu Zəngəzurdan, Qarabağdan keçir" açıqlamasına münasibət bildirərkən deyib.
O söyləyib ki, Çavuşoğlunun bu açıqlaması Azərbaycanda yaşayan türklərə çağırış xarakteri daşıyır:

"Yəni seçkilərdə iştirak etmək hüququna malik şəxslərə səsləniş idi. Bu onları ayıltmaq məqsədi daşıyırdı ki, Türkiyənin gələcəyi Zəngəzur və Qarabağla bağlıdır. Yəni əgər biz hakimiyyətdən getsək, türk dövlətlərinin gələcəyi parlaq olmaya bilər fikri xalqa çatdırılır. Digər tərəfdən bu açıqlama həm də region ölkələrinə və Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən dövlətlərə mesajdır. Çünki İran və Ermənistan kimi ölkələr başa düşməlidir ki, Qarabağ məsələsi daima qardaş Türkiyənin diqqətindədir".
Analitikin sözlərinə görə Çavuşoğlu bu açıqlama ilə Türkiyənin qətiyyətli mövqeyini bir daha ortaya qoydu:
"Şübhəsiz ki, həm İrəvan, həm Tehran, həm də digərləri bundan dərs çıxarmalıdırlar. Geosiyasi məsləyə gəldikdə isə, Zəngəzur dəhlizi həm də Mərkəzi Asiyaya gedən yolu təmin edir. Yəni bu dəhlizin açılması ilə Mərkəzi Asiyada olan türk dövlətlərinə giriş asanlaşacaq. Bu mənada Çavuşoğlu konkret ifadə edib ki, "Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir". Həmçinin Zəngəzur dəhlizinin açılması ilə böyük iqtisadi və siyasi dvidentlər əldə edə bilərik.
Bu baxımdan Çavuşoğlunun açıqlaması bir neçə aspektdən xüsusi qiymətləndirilməlidir. Ümumiyyətlə Çavuşoğlu kimi xüsusi çəkisi olan diplomatlar təsadüfü intonasiyalardan istifadə etmirlər. Bu səbəblə də, onun dediklərindən hər kəs nəticə çıxarmalıdır".
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı “Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”. deyib
“Mənə maraqlıdır ki, Azərbaycandan nə istəyirlər? Azərbaycan Qarabağı işğaldan azad etmək üçün dəstək olanda daxilimizdəki bəziləri təəssüfləndi”.
O bildirib ki, bu gün Türkiyə regional və qlobal siyasi aktordur:
“Ukraynadakı müharibənin ən qısa zamanda bitməsi üçün səmimi səy göstərən yeganə ölkə Türkiyədir. Deyirlər ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır. Niyə? Axı bu sanksiyalardan itirən xalq olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm