Nikol boynunu bükdü: Paşinyanın daxilində qorxu, əzginlik və zəiflik var -ŞƏRH
09:08 09.10.2024
Aktual
467
Ötən gün Moskvada keçirilən MDB Dövlət Başçıları Sammindən Ermənistan Baş naziri Nikol Paşinyanın yayılan fotoları erməni mediasında isterika ilə qarşılanıb. Erməni mediası Paşinyanın Azərbaycan bayrağı önündə baş əyməsi, eyni zamanda Azərbaycan lideri İlham Əliyevin qarşısında başını əyərək, pencəyini “düzəltməsi” təəssüratı yaradan fotoların erməni baş naziri aşağılamaq üçün yayıldığını iddia edirlər. Bildirilib ki, bu fotoları Rusiya prezidentinin fotoqraflarından olan Kristina Kormilitsina çəkib və yayıb. Onun bu fotoları yaymaqda məqsədi də Paşinyanı miskin göstərməkdir. Qeyd edək ki, 1984-cü il təvəllüdlü Kristina Kolminitsina Rusiya Dövlət Sosial Universitetində jurnalist, sonra isə Moskva Dövlət Universitetində fotojurnalist ixtisası üzrə təhsil alıb. 2015-ci ildə Rusiyanın ən yaxşı fotoqrafı seçilib. O, həmçinin Qarabağ münaqişəsi haqda çəkdiyi filmlə tanınır.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın həmişə boynu bükük düşür:
“Çünki Paşinyanın daxilində qorxu, əzginlik və zəiflik var. Həmçinin Nikol Paşinyan yaxşı başa düşür ki, Azərbaycan əleyhinə apardığı kampaniyaların nəticəsi bu gün Ermənistanı regionda rəzil hala salıb. Eyni zamanda Nikol Paşinyan dərk edir ki, qalib ölkənin Prezidenti İlham Əliyevin iştirak etdiyi bütün tədbirlər hər zaman başı aşağı olmağa məhkumdur. Nikol Paşinyanın Azərbaycan bayrağı qarşısında miskin durumda görünməyi psixoloji olaraq da özündə bir simvol ifadə edir. Bu Ermənistan siyasi hakimiyyətinin və rəhbərliyinin nə qədər bərbad vəziyyətdə olduğunu göstərir. Azərbaycan üçün hansısa şübhəli və düşündürücü məqam yoxdur. Doğrudan da Ermənistan hakimiyyəti aldığı yanlış qərarlara görə bölgədə dalan vəziyyətinə düşüb. Nikol Paşinyanın sözügedən şəkillərdə boynu bükük dayanması Ermənistanın hansı səviyyədə olduğunun bariz nümunəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm