Ombudsman BMT məruzəçilərinin bəyanatını pisləyib

"Məlum olduğu kimi, insan hüquq və azadlıqlarının bəyan edildiyi təməl sənədlərindən biri olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi özündə irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təmini və ayrı-seçkiliyin qadağan olunması prinsiplərini ehtiva edir".

APA xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı yayılmış bəyanatına Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın münasibətində bildirilib.