Operativ Qərargah: Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün daha əlverişli şərtlər formalaşdırılır
05:49 21.03.2020
Aktual
466
Azərbaycanda koronavirus infeksiyasının yaılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
Belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır. İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub.
Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a bildirilib ki, bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtiyac var.
Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub.
Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.
Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm