"Özbəklərin dili bizə çox yaxındır"
Yusif Nəzərli
09:00 24.06.2022
Aktual
541
Firudin Cəlilov: "Ona görə də bir-birimizi rahat başa düşürük"
Bütün türk xalqları ortaq əlifbada yazsınlar, ortaq dərsliklərimiz olsun
Hətta birgə şirkətlər quraq, ortaq gömrük xidmətləri təşkil edək. Məhz bu cür ortaqlıqların sayını artırsaq, bir də görəcəyik ki, türk xalqlarının inteqrasiyası ən yüksək həddədir
İyunun 22-də Özbəkistanın Xivə şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə ziyafət təşkil edilib. Konsert proqramı başa çatdıqdan sonra Azərbaycan və Özbəkistan prezidentləri incəsənət ustaları ilə söhbət ediblər. Prezident İlham Əliyev bildirib ki, Şavkat Mirziyoyevlə ünsiyyət qurmaq üçün tərcüməçiyə ehtiyac yoxdur. O qeyd edib ki, Azərbaycan və özbək xalqları çox yaxındır və eyni kökə malikdir: “Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Mənim dövlət səfərim bu gün başa çatır. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini”.
Dövlət başçısı vurğulayıb ki, səfər zamanı çiçəklənən yeni Özbəkistanı kəşf edib. Prezident ümidvar olduğunu bildirib ki, Azərbaycan və özbək xalqları bir yumruq kimi birləşəcəklər.
Türkoloq-alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov “Şərq”ə deyib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri və möhtəşəm qarşılanması sevindiricidir. Professorun sözlərinə görə, Orta Asiyanın türk respublikalarına səfərlər qarşılıqlı və intensiv olarsa, nəticələr müsbət olar:
“Özbəkistanla yanaşı, Qazaxıstan, Türkmənistan, Qırğızıstana da sıx səfərlər təşkil edilməlidir. Gediş-gəlişimiz çox olarsa, bir-birimizin dillərini də başa düşərik. Əslində özbəklər və türkmənlərlə dil bənzərliyi daha çoxdur, çünki onlar da qarluq (türk dillərinin bir qolu-red) dil qrupundandır. Ona görə də bir-birimizi rahat başa düşürük. Xüsusən, özbəklərin dili bizə yaxındır. Qazax və qırğızlar qıpçaq olduqları üçün bir qədər fərq var. Qarşılıqlı səfərlərin məqsədi türk xalqlarının daha da yaxınlaşması, hərtərəfli əlaqələrin genişləndirilməsidir”.
F.Cəlilov vurğulayıb ki, əgər ondan məsləhət alsalar, Orta Asiyanın türk respublikalarına səfərlər zamanı mütləq ortaq dil və yazı məsələsinin gündəmə gətirilməsini xahiş edəcəyini söyləyib:
“Bütün türk xalqları ortaq əlifbada yazsınlar, ortaq dərsliklərimiz olsun. Hərə özündən bir əlifba uydurmasın. Hətta birgə şirkətlər quraq, ortaq gömrük xidmətləri təşkil edək və s. Məhz bu cür ortaqlıqların sayını artırsaq, bir də görəcəyik ki, türk xalqlarının inteqrasiyası ən yüksək həddədir. Səfərlər, imzalanmış sənədlər çox gözəldir. Amma nəticə də gözəl olmalıdır ki, biz də baxıb sevinək. İmzalanan sənədlər kağız üzərində qalmamalıdır. İnteqrasiya sözdə qalmasın, əməldə də reallaşsın”.
Alim dövlət başçısı İlham Əliyevin Özbəkistanda yüksək səviyyədə, təntənəli mərasimlərlə qarşılanmasına da münasibət bildirib: “44 günlük savaşdan sonra Azərbaycanın reytinqi bütün dünyada daha da yüksəldi. Ümumiyyətlə, qalib liderə hər yerdə sayğı və hörmət göstərilir. Həm də Özbəkistanın indiki rəhbəri əsl türk və millətini sevən demokrat adamdır. Onun ölkəyə rəhbərliyindən sonra Özbəkistan sürətlə dəyişməyə başlayıb. Təsəvvür edin, 30 ilə yaxın eyni qalan ölkə son bir ildə əsaslı dəyişikliklərə, uğurlara nail olub. Bunların hamısı mühüm faktorlardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya