Özünüzlə parça torbalar gəzdirin, hökumətin alternativi yoxdur
15:06 14.02.2021
Aktual
723
Ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə alıcıya əvvəlcədən məlumat verilməlidir.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, dünyada ekologiya ilə bağlı polietilen torbalardan imtina edilir:
"Qonşu ölkələrdə bəzi hallarda polietilen torbalar qadağan edilib, bəzi hallarda isə pul ilə satılır. Polietilen torbaları pul ilə satmaqda məqsəd qazanc əldə etmək deyil. Pulla satılan zaman bu torbalara tələbatın azalacağına ümid edilir. Burada zamana ehtiyac var ki, insanların davranış qaydası dəyişsin".
O bildirib ki, bu istiqamətdə təşviq addımları atılmalı, maarifləndirmə işləri aparılmalıdır:
"Yavaş-yavaş insanları parça torbalardan istifadəyə öyrəşdirmək lazımdır. Və yaxud insanlar özləri ilə parça torbalar gəzdirməlidir. Polietilen torbalara alternativ üçün mağazalar öz xərclərini artırmaq istəmirlər. Polietilen torbalar ən ucuz başa gəlir. Onun əvəzinə parçadan və ya çox istifadə edilən materiallardan hazırlanmış torbaları pulsuz alıcılara təqdim etsələr, mağazaların xərci artacaq. Düşünmürəm ki, yaxın gələcəkdə mağazalar öz dövriyyələrinə ziyan vuracaq addım atsınlar. Lakin Avropa ölkələrində müxtəlif aksiyalar həyata keçirilir. Məsələn, bir müddət iri marketlərin qarşısında pulsuz parça torpalar paylanılır. Bizdə də belə aksiyaların təşkilinə ehtiyac var".
"Yəqin polietilen torbalar 5-10 qəpik civarında olacaq. Təkcə pullu satış ilə iş bitməməlidir, eyni zamanda təşviq addımları atılmalıdır. İnsanların buna münasibəti dəyişməlidir", - deyə iqtisadçı qeyd edib.
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov 20 ilə yaxındır ki, polietilen torbalar ilə mübarizə apardıqlarını söyləyib. O, Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə ən azı MDB təcrübəsinin tətbiq edilməsini dəfələrlə təklif etmişik:
"MDB təcrübəsində şəffaf polietilen torbalar pulla satılır. Bizdə ətraf mühit sürətlə çirkləndirilir. Hazırda şəhərin mərkəzində olan mağazalarda belə rənglənmiş qalın torbalardan istifadə olunur. Ona görə hökumət alternativ təklif etməlidir. İndiyədək kağız torba istehsalı, kağız qablaşdırma materialları olmalı idi. Təəssüf ki, bunlar yoxdur. Düşünürəm ki, biznes qurumlar sürətlə kağız qablaşdırmaya keçməlidirlər. Nə qədər ki, alternativ yoxdur, bu işlər yerinə yetirilməyəcək".
"Biz buna dəstək üçün layihə həyata keçirdik, 500-ə qədər bazar torbasını əhaliyə payladıq. Alternativlər olmalıdır. Ən yaxşı alternativ zənbillər ola bilər", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi