
Parlamentari: Kanada başlatdığı təxribatlara son qoymalıdır!
10:32 25.04.2025
Aktual
479
Xarici İşlər Nazirliyini mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib.
Nazirliyin rəsmisi bu barədə "X" hesabında paylaşım edib.
Hacızadə Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib.
"Kanada milli maraqlarına üstünlük vermək və beynəlxalq arenada etimadı qorumaq əvəzinə Kanada Erməni Milli Komitəsinin maraqlarının müdafiəsində iştirak etmək, xarici işlər naziri rolu üçün lazım olan mühakimə və məlumatlılıq barədə ciddi suallar doğurur", – Hacızadə bildirib.
Azərbaycan xarici siyasət idarəsinin rəsmi nümayəndəsinin sözlərinə görə, Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a deyib ki, uzun müddətdir Cənubi Qafqazla əlaqəsiz, ümumiyyətlə bölgəni tanımayan ölkə rəsmilərinin davamlı şəkildə Azərbaycana qarşı qərəzli açıqlamalar verdiyini görürük:

"Bu gün hətta Avropa İttifaqında yer almayan, amma mülki missiyaya daxil edilmiş dövlətlərdən biri də Kanadadır. Bu dövlət Azərbaycanın daxili işlərinə qarışır. Həmçinin ölkəmizə qarşı əsassız bəyanatlar verir. Çox haqlı olaraq Xarici İşlər Nazirliyinin rəsmisi bu məsələyə öz kəskin, sərt mövqeyini ortaya qoydu. Çünki Kanada xarici işlər nazirinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəlməsi qərəzin ikili standartının nümunəsidir. Yaxşı olar ki, Kanada beynəlxalq hüquqa diqqət yetirsin. Məhz Azərbaycanın yaratdığı yeni reallıqla qəbullansın. Ümumiyyətlə Kanada başlatdığı təxribatlara son qoymalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya