Paşinyan Ukraynanın yolunu getsə... - Yeni “Zelenski”
Yusif Nəzərli
14:54 19.10.2023
Aktual
611
Ermənistan Baş nazirinin Avropa Parlamentində isti və səmimi qarşılanması təsdiqləyir ki, onun simasında yeni Zelenski görürlər.
Bu sözləri Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı Armen Rüstəmyan deyib.
O bildirib ki, Avropa siyasəti belədir – Paşinyan onların maraqlarına cavab verdiyi müddətcə alqışlanacaq:
“Nikol Paşinyanı orada (AP-də) ayaqda sürəkli alqışlarla qarşıladılar, buna qədər yalnız Zelenski belə alqışlanmışdı. Başqa sözlə, aydın olur ki, regionumuzda onlar bizim üçün yeni kədərli nəticələri ilə yeni Zelenski görürlər”.
Rüstəmyan ölkənin xarici siyasətini “tam biabırçılıq” adlandırıb:
“Hazırda İrəvanın nə gündəliyi, nə də doktrinal əsası var. Bu gün rusiyayönlü, sabah qərbyönlü mövqedən danışmaq olmaz. Bu yolla bütün tərəfdaşlarınızı və müttəfiqlərinizi itirə bilərsiniz. Elə təəssürat yaranır ki, onlar xarici siyasətlə məşğuldurlar, ancaq əsas dövlət maraqları gündəmdə deyil.
Strasburqda onların xoşuna gələni söyləyin, Moskvaya gedin və Moskvaya uyğun gələni söyləyin; Tehran və Vaşinqtonda da bunu edin. Bu yolla biz bütün mümkün dostlarımızı itirəcəyik”.
Məsələyə münasibət bildirən politoloq Samir Hümbətov "Sherg.az"a vurğulayıb ki, Armen Rüstəmyanın açıqlaması Nikol Paşinyan hökumətinə qarşı giley kimi dəyərləndirilə bilər:
"Eyni zamanda onun fikirləri Ermənistan daxilində xaotik vəziyyətin olmasından da xəbər verir. Çünki Paşinyan Avropa parlamentindəki çıxışında Naxçıvan ilə Azərbaycan arasında dəmir yolu xəttinin bərpasına razıyıq və sülhə sadiqik kimi ifadələr işlədib. Daha sonra isə Ermənistanın Azərbaycan ilə tam olaraq sülh masasına oturmaması da anlaşılmaz bir məsələdir. Digər tərəfdən Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq məhkəmə tərəfindən həbsi ilə bağlı qərarı və bunun fonunda Ermənistanın Roma Statutunu qəbul etməsi Nikol Paşinyan hakimiyyətinin aktivinə yazılan mənfilərdir. Rüstəmyan Ermənistandakı mövcud hökumətin strateji xətti tutmağı bacarmadığını deməyə çalışır. Yəni, hökumətin dəqiq siyasi arentasiyası yoxdur. Paşinyan eynilə Ukraynanın yolunu getsə, bu onu Zelenskinin vəziyyətinə gətirilib çıxaracaq. Rüstəmyanın çıxısı əslində Rusiyanın Ermənistan daxilində vəziyyəti daha da kəskinləşdirməsinə işarədir. Yaxud da Rusiyanın Ermənistan ordusu daxilindəki əlaltıları vasitəsilə Azərbaycanı təxribata çəkib, yenidən müharibəyə aparması halının mümkün olduğunu qeyd edir. Görünür ki, Armen Rüstəmyan Ermənistan daxilindəki vəziyyətdən narahatdır və açıqlamaları ilə həyəcan təbili çalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol