Polad Bülbüloğlu: "Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq"
12:06 28.05.2020
Aktual
775
"Rusiya-Azərbaycan sərhədində toplaşan insanların tez bir zamanda vətənə qayıtması üçün mümkün olan hər şeyi edirik".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.
"Mən fürsətdən istifadə edib, Dağıstan Respublikasının rəhbərliyinə, respublikanın sakinlərinə təşəkkürümü bildirirəm. Biz dəfələrlə vətəndaşlarımıza müraciət etmişdik ki, Dağıstan-Azərbaycan sərhədində toplaşmasınlar. Lakin insanları da başa düşmək olar. Onlar iş yerlərini itiriblər. Mən bir daha həmin insanları əmin etmək və son rəqəmləri açıqlamaq istəyirəm. Martı ayının ortalarından bu günə kimi 7500-dən çox Azərbaycan vətəndaşı vətənə dönə bilib. Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığından sonra isə qısa müddət ərzində 400 nəfərdən çox vətəndaşımız Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə vətənə qayıdıb. Dünən 175 vətəndaşımız daşıyan təyyarə Moskvadan Bakıya uçub. Demək istəyirəm ki, mümkün olan hər şey edilir. Lakin bir az səbirli olmaq lazımdır. Anlaşılandır ki, bu çətindir. Vətənə dönməyin mümkün olduğu zamanı gözləmək lazımdır", - deyə diplomat qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə