
Politoloq: Almaniyada görüşlərin davamı sülhün bərqərar olmasına xidmət edəcək
12:43 29.02.2024
Aktual
597
Fevralın 28-də Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Berlin görüşü Almaniya xarici işlər naziri Annalena Berbokun da iştirakı ilə üçtərəfli formatda davam etdirilib.
Görüşdən əvvəl mətbuata açıqlama verən Annalena Berbok Ermənistan və Azərbaycanın uzun illər davam edən ağrılı münaqişədən sonra davamlı sülhə nail olmaq imkanı olduğunu bildirib.
Almaniyanın görüşlərə vasitəçilik və etimad quruculuğu tədbirləri ilə sülh səylərini dəstəkləməyə sadiq olduğunu qeyd edən Annelena Berbok, sülh razılaşmasının əldə edilməsinin hər iki ölkəyə və ümumilikdə regiona müsbət təsirlərinin olacağını deyib, ABŞ, Aİ və digər tərəfdaşların da bu istiqamətdə çalışdıqlarını bildirib.
Eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində təşkili Almaniyanın sülh prosesinə konstruktiv yanaşmağa çalışdığını göstərir. Almaniya qonşuluğunda yerləşən, “alovun üstünə benzin tökən” Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri danışıqlara ev sahibliyi etdiyi üçün Annalena Berboka təşəkkürlərini ifadə ediblər.
Məsələni “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, Fransadan fərqli olaraq Almaniya regiondakı geosiyasi prosesləri düzgün dəyərləndirir:

“Eyni zamanda Ermənistanı silahlandırmaq əvəzinə bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin tərafdarı olduğunu bəyan edir. Almaniya dövləti rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü müxtəlif müstəvilərdə təsdiqləyib və buna dair fikirlərini açıq ifadə edib. Bu isə Almaniyanın danışıqlar masasında iştirakını şərtləndirən əsas amil kimi qiymətləndirilir. Münhen Təhlükəsizlik Konfransında Almaniya konsileri Olaf Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş çox konstruktiv oldu. Daha sonra Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbokun rəhbərliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də müsbət haldır. Bundan sonra da danışıqlar davam etdirilməli və sülh sazişinin mətni razılaşdırılmalıdır. Almaniyanın vasitəçiliyi ilə görüşlərin davamı regionda sülhün bərqərar olmasına xidmət edəcək. Ermənistan Qərb müstəvisində danışıqların aparılması üçün çox çalışır. Azərbaycan isə Almaniyanın iştirakı ilə baş tutan görüşdə bir daha bəyan etdi ki, bizim üçün geosiyasi mərkəzin fərqi və önəmi yoxdur. Çünki Azərbaycan üçün milli maraqlar prioritet təşkil edir. Həmçinin Almaniyanın qonşuluğunda yerləşən Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi regionda təhlükəsizlik təhdidlərini gücləndirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm