
Politoloq: "Azərbaycan dayanıqlı və etibarlı sülhü təmin edəcək sənəd imzalamaq istəyir"
Politoloq: "Azərbaycan dayanıqlı və etibarlı sülhü təmin edəcək sənəd imzalamaq istəyir"
08:43 09.10.2024
Aktual
460
"Nəyin bahasına olursa-olsun, hansısa sənədə qol çəkməyə çalışmırıq"
"Son aylar sülh sazişinin imzalanmasına mane olmaq üçün Ermənistanın göstərdiyi səylər göz qabağındadır. Ermənistan prinsipial məsələlərin həll olunmasına çalışmır, Azərbaycanın ədalətli tələblərini icra etmək istəmir".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
Ekspert bildirib ki, İrəvan əvəzində təklif edir ki, 13 bənddən ibarət bir sülh sazişi imzalansın və burada prinsipial məsələlər öz əksini tapmasın:

"Təbii ki, bu bizi qane edə bilməz. Çünki Azərbaycan dayanıqlı, etibarlı sülhü təmin edəcək bir sənəd imzalamaq istəyir. Nəyin bahasına olursa-olsun, hansısa sənədə qol çəkməyə çalışmırıq. Yerdə qalan məsələlərin razılaşdırılmasının zəruri olduğu dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb. Digər tərəfdən, Ermənistan Hindistanın və Fransanın vasitəsi ilə silahlanmağa çalışır. Aydındır ki, bu cür cəhdlər Azərbaycan üçün heç bir problem yarada bilməz. Çünki Azərbaycanın hərbi xərcləri az qala üç dəfə Ermənistanınkından çoxdur və bizim daha müasir silahlar almaq imkanlarımız var. Bu səbəbdən Ermənistan Azərbaycan üçün hər hansı təhlükə yarada bilməz. Ancaq növbəti dəfə bölgədə sabitliyi poza, Azərbaycana qarşı hansısa təxribat törətməyə cəhd göstərə bilər. Necə ki, 2020-ci ildə iki dəfə belə bir cəhd göstərilib. Ermənistan əvvəlcə Tovuz istiqamətində təxribat törətdi, sonra da sentyabrın 27-də Azərbaycana qarşı hücum kampaniyasına başladı və layiqli cavabını da aldı".
Analitikin fikrincə, belə bir cəhdin yenə də baş vermə ehtimalı var və bu səbəbdən Azərbaycan Prezidenti həm Ermənistana, həm onu silahlandıranlara xəbərdarlıq edir:
"Dövlət başçısı bu cür cəhdlərin bölgədə sabitliyi, əmin-amanlığı pozacağını izah etməyə çalışır. Azərbaycan Prezidentinin Ermənistana yönəlik xəbərdarlıqlarının kökündə dayanan əsas məqam budur. Ermənistanın silahlanması ona heç bir ciddi uğur gətirə bilməz. Əksinə, növbəti itkilərə səbəb ola bilər. Həmçinin, sülh prosesinə ciddi zərbə vurular. Azərbaycanın bölgəni əməkdaşlıq, təhlükəsizlik regionuna çevirmək cəhdlərinin qarşısını ala bilər. Bundan ən çox itirən yenə də Ermənistan olacaq. Bu səbəbdən həm Ermənistan, həm də onun havadarları qonşumuzu silahlandırmaq cəhdlərindən imtina etməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm