
Politoloq: Azərbaycanın neokolonializmə məruz qalan xalqları qoruması beynəlxalq hüquqa uyğundur
09:02 28.04.2025
Aktual
360
Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik.
Politoloq Turan Rzayev Sherg.az-a vurğulayıb ki, Prezident İlham Əliyev son illər çıxışlarında xüsusilə qlobal imperializmə, neokolonializm siyasətinə ən inamlı duruş sərgiləyən və tutarlı arqumentlərlə məsələni qabardan nadir dövlət başçılarından biridir:

“Prinsip etibarı ilə neokolonializm siyasətinin bizə heç bir mənfi təsiri olmasa da, Azərbaycan məsələyə tamamilə başqa aspektdən yanaşır. Yəni Azərbaycan bu məsələyə inamlı mövqe sərgiləyib və neokolonializm siyasətinin qurbanı olan ölkələri, xalqları müdafiə edibdir. Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrlik etdiyi dönəmlərdə İlham Əliyev hər zaman sözügedən məsələyə önəm verib. Eyni zamanda, dünyanın diqqətindən kənarda qalan mikro və əhəmiyyətsiz görünən münaqişələri masaya yatıraraq həllinin vacibliyini vurğulayıb. Azərbaycan 30 il ərzində dünyanın ən aktual münaqişələrindən biri olan Qarabağ məsələsindən əziyyət çəksə də, sonunda öz gücü hesabına problemi həll etdi. Lakin hazırda buna nail ola bilməyən ölkələr mövcuddur ki, Azərbaycan həmin dövlətlərin haqq işinin dünyaya çatdırılmasında onlara dəstək göstərir. Bakı Təşəbbüs Qrupunun (BTQ) göstərdiyi fəaliyyət çərçivəsində Azərbaycan neokolonializm siyasətinin ifşasına fokuslanır, xalqlara və dövlət strukturlarına dəstəyini ifadə edir”.
Ekspert qeyd edib ki, Azərbaycan daha çox Fransanın neokolonializm siyasətini gündəmə gətirir:
“Məsələn, Azərbaycan Korsika, Mayotta adası və Yeni Kaledoniyada Fransanın apardığı neokolonializmi, etnik diskriminasiya və mədəniyyətin assimilyasiya siyasətlərini açıq şəkildə üzə çıxarır. Fransa məqsədyönlü şəkildə bu addımlarımızı seperatizmə dəstək kimi qiymətləndirir. Amma seperatizm və xalqların öz müqəddəratlarını təyin etmək hüquqları arasında kəskin fərq var. Əgər bir ölkə daxilində etnik azlıqlar faktiki olaraq ikinci sinif vətəndaşlıq və haqsızlıqlar görürlərsə, təbii ki, öz müqəddəratlarını təyin etməlidirlər. Heç bir problem olmadığı halda xalqlar ayaqlanmaq istəyirsə, burada açıq seperatizm mövcuddur və Azərbaycan onlara heç zaman dəstək verməyib. Azərbaycanın neokolonializm siyasətinə məruz qalan xalqları qoruması tamamilə beynəlxalq hüquqa uyğundur. Prezident İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransında sözügedən məsələni bir daha dilə gətirməsi ölkəmizin bundan sonra da neokolonializmin ifşasına yönəlik addımları davam etdirəcəyini göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya