
Politoloq: Ermənistan hərbi-siyasi hakimiyyəti hələ də sülhə hazır deyil
09:17 23.10.2024
Aktual
683
Ermənistan öz strateji siyasəti ilə bəyan edir ki, bizim Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, biz bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq.
Üstəlik, Ermənistan bəyan etdi ki, biz işğal olunmuş əraziləri (Ermənistan şərti sərhəddə bir neçə kv.km ərazisinin guya işğal olunduğunu iddia edir – red.) hərbi yolla geri qaytarmaq vəzifəsini qarşımıza qoymuruq, çünki Azərbaycanla imzaladığımız demarkasiya prosesi haqda sənəd demarkasiya prosesinin hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaradır.
Politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatı ənənəvi erməni ritorikasının davamıdır:

“Çünki biz fərqli zaman kəsiyində müxtəlif platformalarda Ermənistan rəsmilərinin və hərbi-siyasi hakimiyyətinin belə oxşar bəyanatlarla çıxış etdiyini, sülhü imitasiya etməyə çalışdığını görmüşük. Eyni zamanda dünya ictimaiyyətinə dırnaqarası hümanist erməni obrazı formalaşdırmağa çalışdığını aydın şəkildə müşahifə etmişik. Əgər həqiqətəndə Ermənistan hakimiyyəti Azərbaycan və digər qonşu ölkələrin, dünya dövlətlərinin ərazisini tanıyırsa, niyə indiyə qədər rəsmi Bakının sülhlə bağlı təqdim etdiyi 5 baza prinsipi üzərində olan müzakirələri bu qədər uzadıb? Həmçinin rəsmi İrəvan konstitusiya və müstəqillik aktına ediləcək dəyişiklikdən yayınmağa çalışır. Ümumiyyətlə natamam sülh müqaviləsinin imzalanması növbəti mərhələdə konstitusiyada olan ziddiyətlərin ortaya çıxmasına və Ermənistanda yeni hakimiyyətə gələcək hökümətin sülh altına almasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, Azərbaycanın istəyi regionda daimi sabitliyə nail olmaq və gələcək nəsillər üçün təhdid formalaşdıracaq açıq bəndlərin olmayacağı sülh müqaviləsinin imzalanmasıdır:
“Ermənistan Azərbaycanın ərazi bütövlüyüylə bağlı iddialarından əl çəkir və hüquqi öhdəlik götürürsə, bunu konstitusiyasında və müstəqillik aktında əks etdirməlidir. Digər tərəfdən isə delimitasiya və demarkasiya prosesi kifayət qədər çətin, uzun vaxt tələb edən prosesdir. Yəni proses çərçivəsində addımların atılması, qarşılıqlı razılaşmalar kommisiyanın birgə fəaliyyəti hesabına həyata keçirilir. Digər tərəfdən Ermənistanın heç bir iddiası hüquqa və ədalətə əsaslanmayıb. Ermənistanın bu günə qədər Azərbaycana qarşı qərəzli və qeyri-konstruktiv mövqe nümayiş etdirməsi də buna bariz nümunədir. Sərhəddə olan hansısa formada ərazilərin Ermənistan tərəfindən təqdim olunduğu kimi dırnaqarası işğal olunması heç bir reallığı əka etdirmir. Ermənistan tərəfi bunu gözəl anlayır və sadəcə olaraq hadisələri manipulyasiya etməyə çalışır. Bir sözlə hadisələr üzərindən vaxt qazanmaqla sülh prosesini uzadır. Mövqe etibarıyla sözügedən bəyanatlar nə qədər konstruktiv görünsə də, alt mətinlərə nəzər yetirdikdə aydın şəkildə görürük ki, Ermənistan hərbi-siyasi hakimiyyəti hələ də sülhə hazır deyil. Cəmiyyətdə olan revanşist əhvali-ruhiyyə hərbi-siyasi hakimiyyətin ikili mövqeyində də birmənalı şəkildə öz əksini tapır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq