
Politoloq: Ermənistanın Konstitusiya iddiaları əsas maneədir
02:12 21.05.2025
Aktual
313
Əhəd Məmmədli: “Azərbaycan hərbi üstünlüyündən istifadə etməli, Zəngəzur dəhlizini açmalıdır”
Cənubi Qafqaz regionunda de-fakto sülh var. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib. O bildirib ki, Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip və hətta bu sənədin mətni də Bakı tərəfindən, Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistan tərəfinə təqdim edilib: "Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğu, nə qədər dəstəklədiyinin növbəti bariz təcəssümüdür". Eyni zamanda, H.Hacıyev Bakı və İrəvan arasında sülh müqaviləsi mətni üzrə işin yekunlaşdığını xatırladıb: “Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq”. Prezidentin köməkçisinin fikrincə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb: “Amma məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun”.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, Azərbaycan təbii olaraq bu məsələdə irəliyə getmək istəyir. Ermənistan tərəfi isə müxtəlif yollarla vəziyyəti uzatmaq niyyəti güdür. Ekspert vurğulayıb ki, İrəvan qarşısında bir sıra tələblər irəli sürüb:

"Sülh sazişinin mətni ilə bağlı razılıq əldə olunsa da, iki mühüm tələb - Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk qrupunun ləğvi məsələsi hələ də reallaşmayıb. Sülh məsələsində nisbətən adekvat olan ermənilər belə Bakının tələblərini bəhanə hesab edirlər. Nəinki radikallar, heç liberal kəsim belə Konstitusiyada nəzərdə tutulan dəyişikliyi qəbul etmək istəmir. Bu da ermənilərin cəmiyyət olaraq Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçmədiklərini göstərir. Ona görə Azərbaycan mövqeyində haqlıdır. Biz düz edirik. İrəvan hökuməti Minsk qrupunun ləğvinə razılıq versə də, Konstitusiya məsələsini 2026-cı ildə keçiriləcək seçkilərdən sonraya saxlamağı planlaşdırırlar".
Ə.Məmmədli vurğulayıb ki, Ermənistan vaxt udmağa çalışsa da, hərbi üstünlüyümüzdən istifadə etməklə regiondakı prosesləri xeyrimizə dəyişməliyik:
"Üstünlüyümüzdən faydalanaraq Zəngəzur dəhlizini də açmalıyıq və nəzarəti öz üzərimizə götürməliyik. Düzdür, regionda vəziyyət tam lehimizə deyil. İran Ermənistanın yanındadır. ABŞ və Avropa da İrəvana dəstək verir. Amma Türkiyə faktorunu, o cümlədən Çin və Rusiyanın mövqeyini nəzərə alsaq, prosesi öz xeyrimizə dəyişmək imkanlarımız var. Türk dünyasının birləşməsi yönündə əlimizdən gələn addımı atmalıyıq. Əks halda Ermənistan vəziyyəti öz xeyrinə dəyişdiyi anda Bakının tələblərini yerinə yetirməkdən imtina edəcək. Ona görə də hərbi üstünlüyümüzdən yararlanmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol