Politoloq: Gürcüstanda danışıqların baş tutması sülh prosesinə müsbət təsir göstərəcək
11:13 07.02.2024
Aktual
622
Regiondakı mürəkkəb vəziyyətə baxmayaraq Gürcüstan sabitliyin bərpasına və regionda uzunmüddətli sülhə nail olunmasına hədəflənmiş balanslı siyasət yürüdür.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkə parlamentinin Avropaya İnteqrasiya və Xarici Əlaqələr komitələrinin birgə sessiyasında çıxışı zamanı deyib.
Darçiaşvili qeyd edib ki, Gürcüstan dinc qonşuluq təşəbbüsünü başladaraq Azərbaycan və Ermənistan arasında effektiv kommunikasiyaya dəfələrlə töhfə verib.
“Biz qonşu ölkələrin ehtiyaclarına uyğun olaraq bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq. Biz Tbilisinin gələcəkdə də bizim qonşularımız arasında etimadın bərpasına töhfə verəcək istənilən mövzunun müzakirə edilə biləcəyi yer olmasını istəyirik”, - Darçiaşvili deyib.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Gürcüstanın Ermənistan və Azərbaycan arasında danışıqlar meydanına çevrilməsi mümkündür:
"Azərbaycan bunu daha çox tələb edirdi. Yəni biz regionun problemlərinin Cənubi Qafqazda həll olunmasını istəyirik. Ermənistan isə hələ buna müsbət reaksiya verməyib. Gürcüstanın istefa vermiş baş naziri Qaribaşvili də dəfələrlə rəsmi Tbilisinin vasitəçi ola biləcəyini açıqlamışdı. Ermənistan isə ona dəstək verən havadarlarının sifarişlərini gözləyir. Əgər Ermənistan Azərbaycan ilə həqiqətən də konstruktiv danışıqlar aparmağı düşünürsə, Gürcüstanın vasitəçi olmasına razılıq verməlidir. Çünki burada daha çox ikili danışıqlara üstünlük veriləcək. Eyni zamanda hər iki tərəf kənar qüvvələrin təsiri olmadan hansı parametrlər üzrə nəticələrin əldə edilməsini rahat şəkildə müzakirə edə biləcək. Gürcüstan tərəfinin bu təşəbbüsü müsbət haldır. Gürcüstanda danışıqların baş tutması sülh prosesinə müsbət təsir göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə