
Politoloq: Putinin Bakıya gəlməməsi doğru qərardır
Yusif Nəzərli
02:15 22.10.2024
Aktual
538
Aydın məsələdir ki, gəlmək qərarı versəydi, bunun fəsadları olardı
11-22 noyabrda Bakıda keçiriləcək COP29-da dünyanın onlarla ölkəsinin liderləri iştirak edəcəklərini təsdiqləyiblər. İştirakı təsdiqlənməyən şəxslərdən biri də Rusiya Prezidenti Vladimir Putindir. "BBC" Putinin Bakıya gəlməyəcəyi ilə bağlı məlumat yayıb. Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Putinin COP29 iqlim konfransında iştirakı ilə bağlı hələlik qərar qəbul edilməyib. Buna baxmayaraq, Peskov vurğulayıb ki, Rusiya tədbirdə mütləq təmsil olunacaq. Bu sürpriz şəxsin kim olacağı haqda müxtəlif versiyalar var. Putinin COP29 tədbirində iştirak etməməsi rəsmən təsdiqlənməsə də, yüksək ehtimalla onu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin təmsil edəcək.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Putinin belə bir qərar verəcəyi gözlənilirdi. Ekspertin sözlərinə görə, Azərbaycan və Rusiya rəsmi səviyyədə müttəfiqdir və iki ölkə arasında çoxşaxəli münasibətlər var:

"Hazırda Cənubi Qafqazda Rusiyaya ən yaxın və etibarlı tərəfdaş məhz Azərbaycandır. Böyük ehtimalla bu təşəbbüs elə Putinin özündən gəlib. Bütün hallarda Putinin Bakıya gəlməməsi doğru qərardır. Aydın məsələdir ki, gəlmək qərarı versəydi, bunun fəsadları olardı. Yəni başqa sözlə desək, Kreml sahibi Bakıda tədbirin işinə zərər vurmaq istəməyib. Son zamanlar xüsusilə ABŞ və Qərbdən Bakıya qarşı ciddi təzyiqlərin edildiyi hiss olunur. 60-a yaxın amerikalı konqresmen və senatorun ABŞ hökumətinin Azərbaycana sanksiya tətbiq etməsi üçün Dövlət Departamentinə müraciət etməsi, həmçinin ABŞ-nin “Politico” nəşrinin COP29-la bağlı dərc etdiyi qərəzli məqalə də bunu bir daha təsdiqləyir".
T.Rzayev əlavə edib ki, Putin Bakıya gəlsəydi, Qərb bu təzyiqləri daha da artıra, hətta COP29-u boykot edə bilərdi:
"Görünür, Rusiya prezidenti bütün məsələləri nəzərə alıb və rəsmi Bakını çətin vəziyyətdə qoymamaq üçün belə qərar qəbul edib. Özü də bu qərar birdən-birə verilməyib. Rusiya prezidenti avqustun əvvəlində Bakıda olub və Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə edib. Bir neçə gün əvvəl isə iki lider Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində Moskvada bir araya gəlib. Yəni ehtimal ki, bu iki görüşdə liderlər səfərin yarada biləcəyi neqativ halları geniş şəkildə müzakirə ediblər.
Bildirilir ki, Rusiya və Azərbaycan liderləri 22-24 oktyabr tarixində BRICS toplantısı çərçivəsində bir araya gələcək. Bu, iki prezidentin son zamanlar baş tutan üçüncü görüşü olacaq. Güman ki, dövlət başçıları danışılası məsələləri bu görüşlərdə müzakirə ediblər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət